Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Almaniyada kirayə verilmiş avtomobil oğurlanaraq Azərbaycana gətirildi
Tarix: 13-10-2018 | Saat: 12:50
Bölmə:Karusel / Hadisə | çapa göndər

Almaniyada kirayə verilmiş avtomobil oğurlanaraq Azərbaycana gətirildi

Azərbaycan gömrükçüləri ölkə ərazisinə Almaniyadan oğurlanaraq gətirilmiş avtomobilin aşkara çıxarılmasını təmin edib.

Xeberaz.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) açıqlamasında bildirilir.


Məlumatda deyilir ki, Komitənin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Azərbaycan vətəndaşı Nəzərov Babək Sərvər oğluna məxsus "Mercedes-Benz E 220" markalı avtomobil saxlanılıb.

2018-ci il buraxılışlı, WDD2130041A514487 şassi nömrəli, MDS 5062 qeydiyyat nişanlı həmin avtomobilin sənədlərinə gömrük baxışı zamanı sənədlərin həqiqiliyi şübhə doğurub.

Araşdırma aparılarkən məlum olub ki, "Mercedes-Benz E 220" markalı avtomobil Almaniyanın Münhen şəhərində fəaliyyət göstərən "Sixt Gmbh & Co" kirayə şirkətinə məxsusdur.

Faktla bağlı araşdırma aparılır.



3408 dəfə oxunub.

Digər xəbərlər
16-08-2017, 23:37 İnstaqramda YENİLİK

bütün xəbərlər
____ Instagram ___