Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Seks, narkotiklər, 69". Ana 3 yaşlı qızı üçün gödəkçə aldı, üzərindəki yazılar onu şoka saldı - FOTO
Tarix: 07-10-2018 | Saat: 11:19
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər



Londonlu 33 yaşlı Krişma Patel alış-veriş üçün qızı ilə ticarət mərkəzinə yola düşür.

Xeberaz.Az xəbər verir ki, gənc ana orada uşağına yaraşan gözəl gödəkçəni bəyənir.

Krişma artıq "TK Maxx" mağazasının kassasının yanında dururdu, qəfil gözü gödəkçədəki yazılara sataşır. O, çox gözəl olan çəhrayı gödəkçənin astarında "seks" sözünü görür...

"İlk baxışda, bu, qış üçün mükəmməl xəz başlıqlı gözəl çəhrayı gödəkcə idi. Mən artıq pulu ödəyib, onu almağa hazırlaşırdım, lakin qəfil gördüyüm "seks" sözü məni təəccübləndirdi", - ana baş verənləri danışır.  

Heyrətlənmiş Krişma 3 yaşlı uşaqlar üçün olan gödəkçəni incələməyə başlayır və gözləri "kəlləsinə çıxır".

Gödəkçənin astarında tam bir "ədəbsizlik buketi" aşkar edir. Şəkillərin və naxışların arasında "Telefonla seks" "Seks, narkotiklər, hip-hop", "Pif-paf: və sən ölüsən" kimi əcaib ifadələrlə rastlaşır.

"Mən baxdım və seks, narkotiklər, silah haqqında xeyli söz var idi. Uşaq gödəkçələrində "Telefonla seks" və "69" yazıları sadəcə iyrəncdir. Mən dəhşət içində idim", - ana fikrini izah edir.

Məlum olub ki, qeyri-standart geyimi "Richmond" moda evi istehsal edib. "TK Maxx" mağazasının nümayəndələri hadisə ilə bağlı valideynlərdən üzr istəyib və buna fikir vermədiklərini bildiriblər. Gödəkçələr satışdan çıxarılıb və şirkətdə daxili yoxlamalar başlayıb.



Xəbəri paylaş

1 2328 dəfə oxunub.

Digər xəbərlər
18-06-2016, 13:55 Formula-1-də qəza - Foto

bütün xəbərlər
____ Instagram ___