Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Məhsul bolluğu Heydər Əsədova bəraət qazandırır – 4 kiloqram soğan 1 manatadırsa...
Tarix: 03-10-2018 | Saat: 22:49
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm / M2 | çapa göndər

 
Göründüyü kimi, bazarlarda 4 kq soğanın qiyməti 1 manat, 3 kq xiyarın qiyməti 1 manat, eləcə də, pomidor,kök, çuğundur, kələm və digər onlarla kənd təsərrüfatı mallarının qiyməti ucuz, həm də boldur.

Faktinfo.az saytı xəbər verir ki, ölkəyə idxal olunan kartofun gömrük rüsumunun iki dəfə qaldırılmasına baxmayaraq, yerli məhsulun qiyməti hazırda 0,50- 1 manat arasında dəyişir. Buna qədər isə yerli kartofun qiyməti istehlakçılara bazarlarda 0,40 qəpiyə təklif olunurdu. Demək, məhsul boldur. Bir sözlə, mart, aprel, may aylarında havanın yağışlı keçməsi,bəzən  günlərlə leysan xarakterli olması, yağışın aylıq normadan artıq düşməsi faktiki  məhsuldarlığa ziyan verdi. Bununla belə, 2018-ci ildə məhsul bolluğu yaşandı. Bütün bunları isə hazırki nazir İnam Kərimovun aktivinə yazmaq ədalətsizlik olardı. Çünki, hazırki nazir heç 6 ay yoxdur ki, işləyir.

Bir müddət əvvəl bu sahə ilə bağlı digər yazımızda qeyd etdiyimiz kimi, İnam Kərimovun kənd təsərrüfatı siyasətini necə həyata keçirməsinə 2019-cu ilin may,iyun aylarında, yeni məhsul mövsümündə qiymət veriləcək.  Demək ki, sabiq Kənd Təsərrüfatı naziri Heydər Əsədov heç də pis işləməyib. Onun dövründə kənd təsərrüfatı sahəsi kifayət qədər inikişaf etdirilib. O, sələfi İsmət Abbasovdan fərqli olaraq, kənd təsərrüfatı siyasətini layiqincə həyata keçirib, bu sahənin tərəqqisinə nail ola bilib.

     Elə sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kənd təsərrüfatındakı istehsal ilə bağlı son 8 aydakı nəticələrə dair müsbət fikirləri də təsdiq formasında Heydər Əsədovla  bağlı fikirlərimizə bəraət qazandırır.Sual verilə bilər ki, bəs o vəzifədən niyə çıxarıldı, bu sualın cavabı isə fikrimizcə  başqa səbəblərlə də bağlı ola bilər.

Beləliklə, mövzunu uzatmaq, bu il istehsal olunan kənd təsərrüfatı məhsullarının statistikasına rəğmən paralellər aparmaq da olar. Düşünmürük ki, bununla nə isə sübut etmiş olacağıq. Bu səbəbdən də mövzunun məğzindən  uzaqlaşmadan deyirik: “Sabiq nazir işdən çıxarılmamışdan əvvəl bəzi saytlar tərəfindən sistemli şəkildə haqsız tənqid olunub. Onunla bağlı  urapatriotcasına yanaşma yersiz imiş. “Kənd təsərrüfatı inkişaf etmir”, “Heydər Əsədov dana ilə inəyin fərqini bilmir” və digər başlıqlar altında yazılan böhtan xarakterli yazılar bu gün öz təsdiqini tapmadı.

Kənd təsərrüfatı məhsullarının bolluğu ilə bağlı bugünkü vəziyyət isə sabiq nazirə bir daha bəraət qazandırır,maliyyəçi bir şəxsin kənd təsərrüfatı ilə bağlı müsbət nəticəyə nail ola bilib-bilməməsində  təsəvvürləri dəyişir.Elə fakt da göz qabağındadır: payız girib, hələ də bazarlarda yerli kənd təsərrüfatı məhsullarının – pomidorun, xiyarın, soğanın, kartofun, göyərtinin və digər məhsulların bolluğu müşahidə edilir”.

Lətafət Orucqızı

Faktinfo.az




Xəbəri paylaş

5088 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___