Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şirvanda hərbi zavodda yanğın: xəsarət alan 2 nəfərin vəziyyəti ağırdır
Tarix: 28-09-2018 | Saat: 16:07
Bölmə:Karusel / Hadisə | çapa göndər


Şirvanda hərbi zavodda yanğın: xəsarət alan 2 nəfərin vəziyyəti ağırdır

Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinə məxsus zavodda baş vermiş yanğın nəticəsində xəsarət alan iki nəfərin vəziyyəti ağırdır.

Xeberaz.Az xəbər verir ki, bu barədə Trend-ə Şirvan Şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.


Məlumatda bildirilir ki, hadisə nəticəsində xəsarət alan Şirvan şəhər sakinləri, 1972-ci il təvəllüdlü İsmayılov Sabit Əlisultan oğlu və 1976-cı il təvəllüdlü Xəlilov Vaqif Valeh oğlu hər iki ətrafın, üz və əllərinin, kürək nayihəsinin 3-cü və 4-cü dərəcəli yanıq xəsarətləri ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

Hazırda hər iki xəstə şok vəziyyətindədir.

Şirvan Şəhər Prokurorluğundan isə Trend-ə bildiriblər ki, hazırda hadisə ilə bağlı ekspertiza təyin edilib. Ekspertizanın nəticəsindən sonra yanğının dəqiq başvermə səbəbləri məlum olacaq.

Xatırladaq ki, bu gün Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinə məxsus zavodda yanğın hadisəsi baş verib.

Baş verən yanğın nəticəsində iki nəfər xəsarət alıb.

Faktla bağlı araşdırmalar aparılır.


Xəbəri paylaş

5578 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___