25 tona yaxın kartof İrana geri qaytarıldı
Tarix: 13-09-2018 | Saat: 19:41
Bölmə:Karusel / İqtisadiyyat / M2 / Xəbəraz TV | çapa göndər
Ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən İran İslam Respublikasından fitosanitar sertifikatla ixrac olunan və “Güllü-80” MMC-nin ünvanına göndərilmiş hər biri 24700 kq tutuma malik iki yük avtomobilində olan kartof məshulundan götürülən nümunələrdə gövdə nematodu və kartof güvəsi zərərli orqanizmləri aşkar edilib.
Agentlikdən verilən məlumata görə, aşkar olunan birinci fakt üzrə zərərli orqanizmin karantin tətbiq edilən gövdə nematodu olması ehtimal edilərək, məhsuldan və zərərvericidən nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Müayinələr nəticəsində məhsullarda karantin tətbiq edilən gövdə nematodunun olması öz təsdiqini tapıb. Aşkar edilmiş zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq, nəqliyyat vasitəsində olan 24700 kq kartof məhsulunun İran İslam Respublikasına qaytarılması üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.
Digər fakt üzrə nəqliyyat vasitəsində olan 24700 kq kartof məhsulunun bir hissəsində isə karantin tətbiq edilən kartof güvəsi kəpənəyi zərərli orqanizmləri olduğu aşkar olunub. Kartof güvəsi aşkar olunan 100 kq məhsul seçilərək məhv edilib.
Qeyd edək ki, “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən, idxal olunan bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərlə sirayətlənməsi riski mövcud olduqda, onların ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısını almaq məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
Gövdə nematodu aşkar edilən kartof məhsulundan götürülmüş nümunənin laborator görüntüləri:
Xəbəri paylaş
6898 dəfə oxunub.
Digər xəbərlər

27-12-2017, 11:48
Bərdədə yol polisi həyat yoldaşını niyə bıçaqladı?-TƏFƏRRÜAT
19-12-2015, 09:15
Sumqayıtda oğurluq anbaan kameralara düşdü – VİDEO
13-02-2017, 21:04
Rüstəm Yağmur 2017ci ildə tuğyan edəcək-VIDEO
26-05-2022, 11:37
“Qaradağ Ez” şirkətinin keyfiyyətsiz sementləri- Kürəkən nəzarət edir...
31-05-2016, 14:26
Diktator ballistik raketini ata bilmədi
28-05-2020, 16:47
Bərdədə OLAY: İki nəfər birləşib qadının başına oyun açdılar
14-06-2015, 11:07
Artıq Bakı 2015 Birinci Avropa Oyunlarının üçüncü günüdür.
26-05-2018, 18:45
Təhsil haqqını kazinoda uduzdu və ... - Gürcüstanda ölən tələbənin intiharının TƏFƏRRÜATI