Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Cəlilabad sakinləri qorxu içində: evlərə girib, dağıdırlar, insanlara xəsarətlər yetirirlər
Tarix: 08-09-2018 | Saat: 18:33
Bölmə:Karusel / Hadisə | çapa göndər


Cəlilabad rayonunda naməlum şəxslər daha bir kənd sakininin evinə daxil olaraq oğurluğa cəhd göstərib.
Xeberaz.Az bildirir ki, interpress.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Belə ki, ötən gün günorta saatlarında kənd sakini Nəsirov Rahilə məxsus yaşayış evinə daxil olan naməlum şəxslər mənzildə yerləşən əşyaları dağıdıblar. Bir neçə məişət əşyalarını isə sındırıblar.

Hadisə baş verən zaman evdə tək olan ev sahibinin gəlininə xəsarət yetirilib.

Nəticədə qadın huşunu itirib. 

Qadına tibbi yardım göstərildikdən sonra səhhəti yaxşılaşıb.

Daha sonra kənddə onlarla evə naməlum şəxslər tərəfindən çınqıl daşlar vasitəsilə zərbələr endirilib.

Qeyd edək ki, bir neçə gündür ki, Cəlilabad rayonunda naməlum şəxslərin evlərə daxil olması ilə bağlı bir neçə fakt aşkarlanıb. Bundan əvvəl naməlum şəxslər rayonun Alar kəndindəki yaşayış evlərinə daxil olaraq oğurluğa cəhd göstəriblər. Kimliyi məlum olmayan şəxslər kənd sakinlərinin evlərinə daşla zərbələr endirir, ev sahiblərini qorxudur və oğurluq etməyə cəhd göstərirlər.

Fakta bağlı Cəlilabad Rayon Polis şöbəsində araşdırma aparılır.


Xəbəri paylaş

8268 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___