Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dırnaq qaynağı etdirən xanımlara həkim xəbərdarlığı - Foto
Tarix: 07-09-2018 | Saat: 18:00
Bölmə:Karusel / Qadınlar | çapa göndər


Qadınlar hər zaman gözəl görünmək istəyirlər. Bunun üçün də ataların deyimində olduğu kimi "Gözəllik ondur, doqquzu dondur", - deyib dəbin bütün yeniliklərindən istifadə etməyə çalışırlar.
Son zamanların isə ən geniş yayılmış trendlərindən biri qaynaq edilən dırnaqlardır. Demək olar ki, küçədə, metroda, evdə, işdə uzun və müxtəlif rəngli, naxışlı taxma dırnaqlı xanımlarla rastlaşırıq.
Dırnaq qaynağının dəriyə və dırnaqlara zərərləri varmı? Belə dırnaqlardan hər kəs istifadə edə bilərmi və hansı hallarda bu cür dırnaqların qoyulması məsləhət görülmür? Mövzu ilə əlaqədar Ailem.az-a danışan dermatoveneroloq Yaqut İsmayılova bildirdi ki, bununla bağlı ona müraciət edən xanımların sayı çoxdur: "Bir neçə gün öncə yanıma qız gəlmişdi. Vəziyyəti ağır idi. Barmaqları yaman gündəydi, dərisi tökülürdü. Gözlərinin içinə qədər qıp-qırmızı, hər yeri şişmiş, əlləri çat-çat idi və qan axırdı. Hətta həmin qaynaqları dişləri ilə qopararaq çıxarmışdı. Aseton ilə də təmizləməmişdi ki, birdən o da allergiya verər. Ona hormonal iynə təyin etdim vurduqdan sonra nisbətən yaxşılaşdı. Amma hazırda da onun müalicəsi davam etdirilir".

Y. İsmayılova deyir ki, qaynaqlardan istifadə dırnaqlarda sink, dəmir azalmasına, tez-tez sınmalara səbəb olur və ən pis halda dırnaqlarda infeksion göbələk xəstəliyi yaradır: "Qaynaq edilən yerlərdə müraciət edən xanımın allergiyalı olub-olmamasını yoxlamırlar. Alətlərdən necə gəldi istifadə edirlər. Pasientlərin müraciətlərin çoxluğundan da bəlli olur ki, dırnaq qaynağı edənlərin əksəriyyəti sadəcə pul qazanmaq məqsədi ilə qeyri-professional şəkildə bu işlə məşğul olurlar. Keyfiyyətsiz, ucuz vasitələrdən istifadə edirlər. Dırnaq qaynağı zamanı istifadə edilən gel və boyalar dəri vasitəsilə qana sovrulur və orqanizmə zərər verir. Kimin immuniteti güclüdürsə, qaraciyəri onu zərərsizləşdirir. Amma orqanizmi zəif, hansısa pəhriz saxlayan və allergik reaksiyalara həssas olanlarda bu hallar böyük fəsada çevrilir. Uzun dırnaq saxlayan xanımların əksəriyyətində göbələk xəstəliyi olur. Bir çox hallarda onun üstündən qaynaq edirlər. Həmin göbələk dırnağın yatağına qədər dırnağı çürüdür. Belə halda müalicə də uzun zaman tələb edir. Bu xəstələrdə dərinin müqavimətini artırmaq üçün müxtəlif kremlərdən, dərmanlardan istifadə edilir".

Həkim vurğuladı ki, bu işi mütəxəssis olan kosmetoloqlar həyata keçirməli, müəyyən gigiyenik şərtlərə əməl edilməlidir: "Bəzən xanımlar ucuz olsun deyə peşəkarlığından əmin olmadıqları, tanımadıqları şəxslərə qaynaq etdirirlər. Alətlərin sterilizə olunduğunu belə bilmirlər. Yaxşısı budur, hər xanımın şəxsi manikür alətləri olsun. Əgər yoxdursa, salondakı alətlərin sterilizə olunduğuna tam əmin olmadan istifadə etməsinlər. Ucuzluğa yox, peşəkarlığa və keyfiyyətə üstünlük versinlər. Belə olduqda hər hansı problemlə də rastlaşmazlar".  


Xəbəri paylaş

2 8698 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___