Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rus rublu yenidən UCUZLAŞIR - Azərbaycana təsiri / ŞƏRH
Tarix: 07-09-2018 | Saat: 13:19
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Rus rublu yenidən UCUZLAŞIR



Rusiya rublu yenidən ucuzlaşmağa başlayıb.
Bu ilin fevralında 1 dollar almaq üçün 55 rubl ödəmək lazım idisə, artıq 69 rubldan artıq vəsait tələb olunur.
İqtisadçı Vüqar Bayramov  açıqlamasında bildirib ki, Rusiya pulu “1 dollar 70 rubl” psixoloji həddinə yaxınlaşmaqdadır:
"Son 1 ayda rubl 11 faizə yaxın dəyər itirib. Enerji məhsullarının qiymətinin yüksək və eləcə də Rusiya xarici ticarət göstəricilərinin pozitiv olmasına baxmayaraq , rəsmi Moskva milli valyutasını dəyərsizləşməkdən qoruya bilmir. Belə ki, 2017-ci ildə Rusiyanın ixracatı 353 milyard dollar, idxalı isə 238 milyard dollar olub. Enerji məhsullarının Rusiyanın ümumi ixracatında payı isə 60 faizdir. Tədiyyə balansında da Rusiyanın vəziyyəti pis hesab edilmir. Amma bunlara rəğmən ABŞ sanksiyaları fonunda rubl dəyər itirməkdədir. Güman olunur ki, Vaşinqton sanksiyaları sərtləşdirərsə o zaman rublu yeni dalğalanmalardan qorumaq mümkün olmayacaq.
Rublun ucuzlaşması şimal qoşumuzda Azərbaycan məhsullarının bahalaşmasına gətirib çıxarıb. 1 ay öncə 100 manatlıq məhsulumuzun Rusiyada qiyməti 3676 rubl idisə, indi bu rəqəm 4084 rubladək dəyişib. Bu isə o deməkdir ki, şimal qonşumuzun milli valyutası ifadəsində hər 100 manatlıq məhsulumuz son 1 ayda Rusiya bazarında 408 rubl bahalaşıb. Rubl dəyərsizləşməkdə davam edərsə, qeyri-neft məhsullarımızın Rusiya bazarında rəqabət imkanları azalacaq. Rusiya Azərbaycanın qeyri-neft ixracatında 34 faizə malik olmaqla ixrac etdiyimiz aqrar məhsulların 90 faizə yaxınını aldığını nəzərə alsaq, rublun ucuzlaşmasının ixracatımıza təsirlərini müəyyənləşdirmək çətin olmaz.


Xəbəri paylaş

6768 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___