Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda daha bir doğuş faciəsi - Ana öldü
Tarix: 06-09-2018 | Saat: 10:41
Bölmə:Karusel / Hadisə | çapa göndər

Azərbaycanda daha bir doğuş faciəsi - Ana öldü


Zaqatala rayonunda ana ölümü baş verib.

Xeberaz.az Report-a istinadən xəbər verir ki, rayonun Uzunqazmalar kənd sakini, 1994-cü il təvəllüdlü Karatova Sevgiya Eyyub qızı sentyabr ayının 5-i səhər saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasına doğum üçün müraciət edib. O, günorta saalarında qeysəriyyə yolu ilə oğlan uşağı dünyaya gətirib. Əməliyyatdan sonra axşam saatlarında ailəsinə ananın ölməsi ilə bağlı məlumat verilib. Mərhumun yaxınlarının bildirdiyinə görə, S.Karatova narkozdan ayılmayıb.

Körpənin vəziyyəti normaldır. 

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından "Report"a bildirilib ki, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinin rəyindən sonra ölümün dəqiq səbəbi bilinəcək.

Qeyd edək ki, S.Karatovanın yaşyarımlıq oğlu da var.


Xəbəri paylaş

6168 dəfə oxunub.

Digər xəbərlər
16-07-2016, 11:15 Ağdamda zəlzələ olub
11-07-2018, 19:17 İsti havada bunları yeyin

bütün xəbərlər
____ Instagram ___