Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Görəsən Firuzə (Fira) Cəlilova “əlimin duzu” ifadəsinin gerçək anlamını bilir?
Tarix: 29-08-2018 | Saat: 18:37
Bölmə:Karusel / Gündəm / Şou-Biznes / Foto-fakt / Fotogalereya / Həftə-Reytinq | çapa göndər



Bu gün  biz, “Xəbəraz.az” informasiya agentliyi Firuzə (Fira) Cəlilovanın qalma-qal yaradan fikirləri ilə bağlı öz  mövqeyimizi  bildirməyi uyğun gördük.
Keçmişdə nənələrimiz qızlarını ər evinə yola salanda onlara bunu söyləyirdilər: “Qızım, kişi fəhlədir, qadın bənna. Fəhlə gətirər, bəna tikər. Beləliklə ev qurular”. Ev işlərindən, mətbəxdən nifrət edən Firuzə (Fira) Cəlilova da cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq, təbiətdən “bənna”olaraq yaradılıb. Lakin bənnanın öz işini sevməməsi ona güvən qazandırıb, etibar gətirərmi?  
Firuzə (Fira) Cəlilova gənc, gözəl qadındır. Cəmiyyətdə tanınan simalardan biridir. Teleaparıcıdır. Bunlar hamısı öz yerində. Ən əsası isə bir qadına  vacib olan amil evinin xanımı olmasıdır. Firuzə (Fira) Cəlilova özünün dediyi kimi, qab yumaq, paltar yumaq, ev yığışdırmaq kimi qadınlara məxsus işləri kişi işi hesab edə bilər. Amma gəlin bir təsəvvür edək. Kişilərin yuduğu qabların parlaqlıq səviyyəsini, yığışdırdıqları evin səliqəsinin nə qədər ürək açan ola biləcək halını, ağı-qaraya qataraq yuyulan  paltarların təmizlik vəziyyətini.  Yəqin bütün bu sadaladığımız işlərin kişi işi olduğunu düşünən Firuzə Cəlilova qışın sərt şaxtasında, yayın öldürücü istisində aclıqla-susuzluqla imtahan edilən hərb sənətinin də qadın işi olduğunu düşünür.
Müasir dövrün xanımları qadınlığın aliliyini zərif bədən ölçülərində, açıq-saçıq geyimlərdə, estetik əməliyyatlarda, sipirtli içgilərin, siqaretin qəbulunda, bahalı avtomobillərin sükanı arxasında və.s görürlər. Nə yazıq ki, düşünə bilmirlər ki, aqillərimizdən gözəl bir söz var:-“Gözəl camaldan qırx günə doymaq olar. Gözəl xasiyyətdən qırx ilə doymaq olmaz”.  
Firuzə (Fira) Cəlilova “Xəzər” televiziyasında “Əlimin duzu” adlı verilişin təqdimatçısıdır. Görəsən Firuzə Cəlilova “əlimin duzu” ifadəsinin gerçək anlamını bilir? Zənnimizcə bilmir. O insanlar əlinin duzundan bəhs edir ki, üzərinə düşən vəzifənin dəyərini yetərincə anlayıb, məsuliyyət daşıyırlar. Götürdüyü məsuliyyətə görə isə aldığı qiyməti “əlimin duzu” deyə adlandırıb dədələrimiz. Firəngiz Xanım, axı siz bir qadın olaraq öz məsuliyyətinizi qəbul etmək istəmirsiniz. Unudursunuz ki, qadın qayğı çəkincə sevilən varlıq olar. Əks halda soyuq,quru, cansız, bəzəkli gəlincikdən fərqi olmaz.



Xəbəri paylaş

1 7118 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___