Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda sürücü qucağında uşaqla avtobus sürüb
Tarix: 29-08-2018 | Saat: 12:56
Bölmə:Karusel / Hadisə | çapa göndər

Bakıda sürücü qucağında uşaqla avtobus sürüb


Bakıda marşrut sürücüsü azyaşlı uşağı qucağında oturdaraq avtobus idarə edib.

"Xeberaz.Az" xəbər verir ki, sərnişinlərdən biri sürücünün şəklini çəkərək “Xəzər” TV-nin “WhatsApp” nömrəsinə göndərib.
Şəkil Nərimanov rayonunda, 24 saylı xətdə hərəkət edən marşrut avtobusunda sərnişinlərdən biri tərəfindən çəkilib.
Sərnişin iddia edir ki, bir azyaşlı uşaq atası ilə avtobusa minib. Uşaq bir müddət sonra ağlamağa başlayıb. Atası onu sakitləşdirmək istəsə də, buna nail ola bilməyib. Sürücü uşağı yanına çağıraraq qucağında oturdub, daha sonra avtobusu idarə etməyə başlayıb. 
Humanistlik etmək istəyən sürücü uşağı sakitləşdirmək niyyəti ilə qucağına alsa da, o, bu hərəkəti ilə həm sərnişinlərin, həm də uşağın həyatını təhlükəyə atır.


Xəbəri paylaş

4848 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___