Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Tovuzda kişi narkotik becərməyinə etiraz edən arvadını bıçaqladı
Tarix: 29-08-2018 | Saat: 12:44
Bölmə:Karusel / Hadisə | çapa göndər

Tovuzda kişi narkotik becərməyinə etiraz edən arvadını bıçaqladı


Gəncə Ağır Cinayətlər Məhkəməsində arvadını bıçaqlayan kişinin məhkəməsi başlayır.

“Xeberaz.az”ın məlumatına görə, cinayət məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) və 237.1-ci (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) maddələri ilə təqsirləndirilən Hüseynov Samir Hidayət oğlunun məhkəmə prosesi sentyabr ayının 3 –də hakim Elmin Rüstəmovun sədrliyi ilə keçiriləcək. Cinayət işində Tağıyeva Ceyran Elman qızı zərərçəkmiş qismində tanınıb. 
Bu ilin iyun ayında Tovuz rayonunun Aşağı Öysüzlü kənd sakini, 1991-ci il təvəllüdlü Ceyran Tağıyeva bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Araşdırmalar zamanı məlum olub ki, qadın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb. Belə ki, C.Tağıyeva əri Samir Hüseynovun həyətdə narkotik maddə becərməyinə etiraz edib və bu zəmində onların arasında dəfələrlə mübahisələr baş verib. Sonuncu dəfə isə qadının etirazı bıçaqlanması ilə nəticələnib. Qeyd edək ki, S.Hüseynov əvvəllərdə məhkumluq həyatı yaşayıb.


Xəbəri paylaş

4808 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___