Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda prodüserin atasının məzarına boya töküb, rənglədilər - FOTO
Tarix: 26-08-2018 | Saat: 21:32
Bölmə:Karusel / Gündəm / Şou-Biznes / Foto-fakt | çapa göndər

Tanınmış prodüser və aparıcı Sayqa Cahidin atasının məzarına hörmətsizlik olub.
"Xəbəraz.az "bildirir ki, onun valideyninin məzarının üstü rənglənib.
Belə ki, məzarın sinə daşının üstü və qəbrin kimə aid olduğunu bildirən ad, soyad və digər məlumatların yazıldığı hissə ağ rənglə boyanıb.
Bu barədə prodüser "Instagram" hesabında məlumat yayıb.
"Bu hərəkət şərəfsizlikdi və bu gün mənim doğmamım qəbrinə belə bir hörmətsizlik, təhqir olunubsa, sabah başqasının başına da gələ bilər", - deyə Sayqa yazıb.
O, daha sonra məzarın boyanmasının səbəbkarının qəbiristanlığın işçiləri olmasını bildirib:
"Qəbiristanlıqdakı nəzarətsizlik, çox sayda azyaşlı uşaqların işləməyi, avaralanmağı və s. Günah orada çalışanlardadı. Dünən orada biri dedi ki, aylıq pul versəniz, belə şey olmaz. Aylıq isə 25-30 manatdır. Bəlkə də səbəb budur.
Sinə daşını rəngləyiblər. Heç qohumlarımın çoxu bilmir məzarın yeri haradadı. Bu, düşmənçilik filan deyil. Oranın işçilərinin işidi. Çoxlarının qəbirləri belə təhqir olunur, susurlar. Atam ilyarımdı rəhmətə gedib. 80 yaşı olacaqdı. Edən heç o yaşın yarısını görməsin".
Qeyd edək ki, Sayqa Cahidin atası Binəqədi qəbiristanlığında dəfn edilib.





Xəbəri paylaş

9368 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___