Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Flora Kərimova DAMM-nin Qadınlar Şurasının sədri seçildi-FOTOLAR
Tarix: 26-08-2018 | Saat: 19:48
Bölmə:Karusel / Gündəm / Şou-Biznes | çapa göndər

image here

Bu gün Azərbaycanın korifey sənətkarı, Xalq artisti Flora Kərimova «Təzadlar» qəzeti redaksiyasının qonağı oldu, qəzetimizə geniş və olduqca maraqlı müsahibə verdi. Müsahibəni «Təzadlar»ın rəsmi saytında və qəzetin 28 avqust tarixli sayında oxuya bilərsiniz.
***
…Gözəl sənətkarımız, Xalq artisti Flora Kərimova paralel olaraq Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin qonağı oldu. DAMM-nin 1-ci vitse-Prezidenti Rasim Məmmədov Flora Kərimovanı qurumun İdarə Heyətinin üzvləri və mərkəzi aparatının əməkdaşları ilə yaxından tanış etdi. Sonra sevimli sənətkarın ictimai-mədəni fəaliyyəti barədə ətraflı bəhs etdi. Flora xanım DAMM-nin baş ofisində baş tutan ekspromt görüşdən məmnun olduğunu bildirdi.
R.Məmmədov daha sonra təkliflə çıxış etdi:

-Flora xanım, DAMM-nin rəhbərliyi və İdarə Heyətin üzvləri bir təkliflə çıxış ediblər və istəyirəm onu Sizin icazənizlə elan edim. Təklif edirik ki, Siz Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi Qadınlar Şurasının sədri olmağa razılıq verəsiniz… 
Flora xanım özünəməxsus çıxışı ilə bu məsul işi yerinə yetirə bilməyəcəyini yumor hissi ilə diqqətə çatdırdı. Lakin İNK-nin sədr müavini Asif Mərzili təklif etdi ki, bu məsələ gündəlikdə olduğundan onda elə İdarə Heyət üzvlərinin iştirakı ilə indii səsverməyə qoyulsun.
Flora xanım səsverməyə razı oldu: «Mən demokratik insanam, buna razıyam, səsvermə keçirilsin…».
Beləliklə, səsvermənin nəticələrinə görə iştirak edən 25 nəfərin 24-ü lehinə, bir nəfər əleyhinə olmaqla (əleyhinə səs verən Flora xanım özü idi) Xalq artisti, əfsanəvi müğənni Flora Kərimova DAMM-nin Qadınlar Şurasının sədri seçildi.
Flora xanımı alqışlarla təbrik edən məclis üzvləri bu seçimdən qürur duyduqlarını bildirdilər. 
Sonra Flora Kərimova ilə xatirə şəkli çəkdirildi.
«Təzadlar» ailəsi olaraq hamımızın fəxri, sevimli sənətkarımız Flora xanımı DAMM-nin Qadınlar Şurasının sədri seçilməyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, cansağlığı arzulayırıq!
Yasəmən Məmmədli
Elbar Şirinov

Flora Kərimova DAMM-nin Qadınlar Şurasının sədri seçildi-FOTOLAR
Flora Kərimova DAMM-nin Qadınlar Şurasının sədri seçildi-FOTOLAR
Flora Kərimova DAMM-nin Qadınlar Şurasının sədri seçildi-FOTOLAR
Flora Kərimova DAMM-nin Qadınlar Şurasının sədri seçildi-FOTOLAR



Xəbəri paylaş

6268 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___