Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qonşusunu armaturla döyərək öldürdü
Tarix: 21-08-2018 | Saat: 20:49
Bölmə:Karusel / Hadisə | çapa göndər


Bakıda ağır cinayət hadisəsi olub. Qonşusu ilə yaşadığı evdə mübahisə edən kişi onu armaturla döyərək qətlə yetirib. Hadisənin şəxsi münasibətlər zəmnində baş verdiyi bildirilir.
Xeberaz.Az xezerxeber.az-a istinadən bildirir ki, qonşu-qonşusunu armaturla döyərək onu yaşadığı evdə amansızlıqla qətlə yetirib.
Hadisə gecə saatlarında paytaxtın Sabunçu rayonu Yeni Ramana qəsəbəsindəbaş verib. Bakı şəhər sakini Əkrəm Tağızadənin üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı evində tapılıb. Hadisə yerində araşdırma aparılan zaman Əkrəm Tağızadənin qətlə yetirildiyi müəyyən edilib. Bakı Şəhər Baş Polis İdarəsi və 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Sakit Mirzəyev saxlanılıb.
İstintaq zamanı müəyyən edilib ki, saxlanılan şəxslə hadisə zamanı qətlə yetirlən Əkrəm Tağızadə ilə qonşu olublar. Hadisə günü isəqonşular arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam edir.


Xəbəri paylaş

9468 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___