Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Blokda görüb, dalınca düşdüm” – İçkili halda qadına hücum edən şəxs – FOTO
Tarix: 21-08-2018 | Saat: 12:02
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər


Paytaxtın Nizami rayonunda qadına qarşı quldurluq edilib.
Xeberaz.Az istinadən xəbər verir ki, hadisə Rüstəmov küçəsi, 34 saylı binanın qarşısında baş verib. 
Naməlum şəxs qadına hücum edərək ona xəsarət yetirib, içərisində 20 manat olan pul kisəsini götürüb və hadisə yerindən qaçıb. Zərərçəkənin ifadəsi alınandan dərhal sonra cinayəti törədən şəxsin axtarışlarına başlanılıb. Əməliyyat tədbirləri ilə quldurluq etməkdə şübhəli bilinən paytaxt sakini əvvəllər məhkum olunmuş Köşbəyi Muradov saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edib. 
"İçkili idim. Gördüm blokda, düşdüm dalınca. "Kaşlyok"unu götürdüm çıxdım getdim", - saxlanılan şəxs Köşbəyi Muradov bildirib.
Polis əməkdaşları quldurluq etməkdə şübhəli bilinən bu şəxsin başqa cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin "102" Zəng Mərkəzinə və ya Nizami Rayon Polis İdarəsinə müraciət edə bilərlər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.





Xəbəri paylaş

7438 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___