Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi
Peyğəmbərin buyurduğu MÜALİCƏVİ VASİTƏLƏR
Tarix: 18-08-2018, 13:33 | Saat: 15:47:00
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər


Elə bir insan tapılmaz ki, həyatı boyu hər hansı bir xəstəlik keçirmiş olmasın. Hətta Uca Allahın ən sevimli bəndələri olan peyğəmbərlər də xəstəliklərə məruz qalmışlar.
Qurani Kərimdə Uca Allah Əyyub peyğəmbərin ağır xəstəliyə tutulması, səbir göstərərək xəstəliyə sinə gəlməsi və uzun illərdən sonra duasını qəbul edib şəfa verməsi haqda danışır. Uca Allah buyurur:
"Əyyubu da yada sal! Bir zaman o, Rəbbinə yalvarıb demişdi: “Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!” (əl-Ənbiya, 83).
Xeberaz.az xəbər verir ki, Məhəmməd peyğəmbər də (ona və ailəsinə Allahın salavatı və salamı olsun) müəyyən xəstəliklər keçirmişdir. Rəvayət edilir ki, Abdullah ibn Məsud demişdir: “Peyğəmbər ağır xəstələndiyi zaman mən onun yanına gəldim və baxdım ki, o, qızdırma içində yanır. Dedim: “Ya Rəsulullah, sən qızdırma içində yanırsan! Yəqin bu, sənin iki qat savab qazanmağın üçündür?” O dedi: “Düzdür, başına müsibət gəlmiş elə bir müsəlman yoxdur ki, Allah, ağacın yarpaqları töküldüyü kimi, onu günahlardan təmizləmiş olmasın.” (əl-Buxari, 5647).
Uca Allah öz lütfü və mərhəməti sayəsində hər bir xəstəliyin şəfasını nazil etmişdir. Peyğəmbər demişdir: “Allah elə bir xəstəlik nazil etməmişdir ki, onun şəfasını nazil etmiş olmasın” (əl-Buxari, 5678).
Peyğəmbərin səhih hədislərində bir çox xəstəliklərin müalicə üsulları barəsində məlumatlar rəvayət edilir. Saglamolun.az zikr.az-a istinadən Peyğəmbərin insanlara buyurduğu bəzi müalicəvi təbii vasitələr haqqında aşağıdakıları nəzərinizə çatdırırıq:
Balla alicə
Uca Allah buyurur:
“Rəbbin bal arısına belə təlqin etdi: "Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin səndən ötrü asanlaşdırdığı yollarla get". O arıların qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır" (ən-Nəhl, 68-69).
Əbu Səid rəvayət edir ki, bir dəfə bir nəfər Peyğəmbərin yanına gəlib dedi: “Qardaşımın qarnı bərk ağrıyır.” Peyğəmbər: “Ona bal içirt!”- dedi. Çox keçmədən həmin adam bir də Peyğəmbərin yanına gəldi və Peyğəmbər yenə: “Ona bal içirt!”– dedi. Adam üçüncü kərə Peyğəmbərin yanına gəldi və o bu dəfə də: “Ona bal içirt!”– dedi. Axırda həmin adam dedi: “Mən sən deyəni elədim, (amma onun qarnının ağrısı kəsmədi ki, kəsmədi).” Peyğəmbər buyurdu: “Allah doğru söylədi, qardaşının qarnı isə yalançı çıxdı. Sən yenə ona bal içirt.” Bundan sonra o, qardaşına bal içirtdi və qardaşı sağaldı.” (əl-Buxari, 5684).
Qaraçörək (və ya qara zirə) otu ilə müalicə
Aişə demişdir: “Mən Peyğəmbərin belə dediyini eşitmişəm: “Bu qara zirə samdan başqa hər bir xəstəliyin dərmanıdır.” Mən: “Sam nədir?”– deyə soruşdum. O: “Ölümdür!”– dedi.” (əl-Buxari, 5687).
Udul-hind (hind qustu) ilə müalicə
Peyğəmbər demişdir: “Bu hind qustundan istifadə edin. Həqiqətən də, onda yeddi xəstəliyin şəfası vardır. Onun məlhəmindən boğazı xəstə olanın boğazına, plevrit xəstəliyinə tutulanın ağzına damızdırın.”  (əl-Buxari, 5692)
Həmçinin, o demişdir: “Uşaqlarınızın şişmiş badamcıq vəzilərini barmaqla basaraq onlara əzab-əziyyət verməyin. Onları hind qustu ilə müalicə edin.” (əl-Buxari, 5696).
Zəm-zəm suyu ilə müalicə
Zəm-zəm suyunun fəziləti böyükdür. İlk dəfə Cəbrayıl qanadı ilə yerə vurduqda zəm-zəm suyu fışqırmışdı. Uca Allah bunu İsmayıl və onun anası üçün ruzi etmişdi. Zəm-zəm suyunun fəziləti və faydaları barədə bir çox səhih hədislər rəvayət edilmişdir. Allah Elçisi demişdir: “Zəm-zəm suyu yeməyi əvəz edir və xəstəliklərə şəfadır”.
Peyğəmbər bundan içmiş, dəstəmaz almış və bu sudan başına tökmüşdü. O, kiçik və böyük qablarda zəm-zəm suyundan özü ilə daşıyardı ki, bundan xəstələrin üzərinə töksün və içmək üçün onlara versin. Allah Elçisi demişdir: “Zəm-zəm suyu nə üçün içilirsə, onun üçündür. Əgər sən şəfa tapmaq üçün içərsənsə, Allah sənə şəfa verər. Tox olmaq üçün içərsənsə, Allah səni tox edər. Susuzluğunu yatırmaq üçün içərsənsə, Allah sənin susuzluğunu yatırdar. O, Cəbrayılın bulaq açması və Allahın İsmayılı içirtməsidir”.
Alimlər və əməlisaleh insanlar bunu təcrübədən keçirərək xəstəlikdən şəfa tapmaq, yoxsulluqdan  və sıxıntıdan xilas olmaq kimi bəzi ehtiyacları ödəmək niyyəti ilə bundan içmiş və Allah onların istədiklərini yerinə yetirmişdir.шаблоны для dle 11.2

818 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
19-09-2018
bütün xəbərlər
____ Instagram ___