Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Naxçıvanda toy sahiblərinə heç bir qadağa qoyulmayıb - Rəsmi açıqlama
Tarix: 18-08-2018 | Saat: 13:12
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Naxçıvanda toy sahiblərinə heç bir qadağa qoyulmayıb - Rəsmi açıqlama




Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov sosial şəbəkələrdə Naxçıvan toylarında yeməklərin məhdudlaşdırılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Xeberaz.az xəbər verir ki, o, sözügedən informasiyanın həqiqəti əks etdirmədiyini bildirib: 

"Sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikasında toy mərasimləri ilə bağlı yayılan informasiyalar absurd fikirlərdir, həqiqəti əks etdirmir. Yas mərasimlərində israfçılığın olmamasını insanlarımız özləri də istəyir. Amma toy mərasimlərinin sifarişlə və ya dövlətin qanunları çərçivəsində keçirilməsi fikirləri yalan informasiyalardır. Kim istəyir çadırda, kim istəyir şadlıq sarayında toy mərasimini keçirə bilər. Kim hansı menyunu istəsə gələn qonaqlara təqdim edə bilər. Kimsə öz övladına toy edirsə onun necə keçirilməsinə və masaya hansı yeməklərin qoyulmasına kimsə inzibati yolla müdaxilə edərmi? Bunu uyduranların məqsədi nədir? Toy xalqımızın milli adət-ənənəsidir və min illərin sınağından çıxmış bu cür gözəl adətlərimizə kimsənin kölgə salmağa haqqı yoxdur”.


Xəbəri paylaş

5448 dəfə oxunub.

Digər xəbərlər
7-12-2015, 10:44 Bu günün məzənnəsi

bütün xəbərlər
____ Instagram ___