Bakıda “avtobus manyakı” peyda olub: Bıçağı qarnınıza soxacağam
Tarix: 17-08-2018 | Saat: 12:27
Bölmə:Karusel / Hadisə | çapa göndər
Son günlərdə orta yaşlı kişi Bakı şəhəri Nərimanov rayonu, Xətai prospektində ictimai nəqliyyatın hərəkətində problemlər yaratmağa başlayıb.
Xeberaz.Az bildirir ki, 199 saylı marşrut xəttinin "Yaşıl bazar"ın qarşısında yerləşən son dayanacağına (ünvan: Xətai pr. 11-23) günün müxtəlif saatlarında gələn həmin şəxs içkili vəziyyətdə qeyri-adekvat hərəkətlər edərək avtobusların qarşısını kəsir və onların hərəkətinə maneə yaradır. Həmçinin "avtobus manyakı" sürücüləri və sərnişinləri ölümlə hədələyir, rəsmi təyin edilmiş dayanacaq məntəqəsində avtobusların dayanmasına imkan vermir. Həmin şəxsin qeyri-qanuni və qeyri-adekvat hərəkətləri səbəbindən artıq bir neçə dəfə avtobusdakı insanlar ictimai nəqliyyat vasitəsini tərk etməyə, ərazidən uzaqlaşmağa məcbur olub.
Açıq-aşkar formada sürücülərə və avtobusun məxsus olduğu şirkətin əməkdaşlarina nalayiq ifadələr işlədən həmin şəxs vətəndaşları ölümlə hədələyir. Ərazidə yaşayan insanlar həmin şəxsin adının Nəbi olduğunu bildiriblər.
İstismarçı şirkət tərəfindən həmin şəxslə bağlı aidiyyəti orqanlara müraciət edilib.
Xəbəri paylaş
8638 dəfə oxunub.
Digər xəbərlər

19-12-2015, 09:22
-İŞİD terrorçuları hərəsi bir yana qaçırlar
16-10-2016, 00:27
Astroloji proqnoz - 16 oktyabr
9-08-2017, 15:32
Zaqatalada qardaş bacısını bıçaqladı - Video
1-04-2016, 11:56
“Windows 10” istifadəçilərinin sayı 270 milyonu ötüb
23-03-2015, 21:59
Bu günün qəhrəmanı: Himnimiz onu belə ağlatdı - VİDEO
14-11-2016, 15:50
Qorxulan oldu: Superay Zelandiyada fəlakət yaşatdı - FOTOLAR
20-11-2019, 16:16
Prezidentdən Sabunçu rayonu ilə bağlı mühüm SƏRƏNCAM
21-06-2016, 13:34
Şad xəbər: Siqaretin qiyməti ucuzlaşdı