Hansı tələbələr təhsil haqqından azaddır? - SİYAHI
Tarix: 16-08-2018 | Saat: 17:08
Bölmə:Karusel / Təhsil / M2 | çapa göndər
Bu il ali təhsil müəssisələrinin müsabiqəsində 44772 abituriyent iştirak edib. Onlardan 39906 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11963 nəfər dövlət sifarişi əsasında, 27943 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Bundan əlavə, 61 abituriyent idman sahəsi üzrə, 5 abituriyent isə incəsənət sahəsi üzrə yüksək səviyyəli beynəlxalq yarışların və müsabiqələrin qalibi olduğu üçün bakalavriatura səviyyəsinin müvafiq ixtisaslarına müsabiqədənkənar qəbul olunub. Bəzi abituriyentlər ödənişli ixtisaslara qəbul olunsalar da, onlar təhsil haqqından azaddır. Ki mlərin təhsil haqqından azad olunması ilə bağlı məlumatları təqdim edirik :
1.Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” 14 sentyabr 2011-ci il tarixli Sərəncamına əsasən məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər (Ancaq dövlət təhsil müəssisələrində).
2. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” 18 mart 2014-cü il tarixli Sərəncamına əsasən həmin şəxslərin təhsil alan övladları təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər.
3. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 3 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Şəhid ailəsi statusunu almış ailənin üzvləri təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər.
4. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” 22 iyun 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən,
1. hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər;
2. hər iki valideyn himayəsindən məhrum olmuş uşaqlar;
3. Bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər.
Xəbəri paylaş
5998 dəfə oxunub.
Digər xəbərlər

2-09-2016, 16:37
Dünyanın ən nazik noutbuku
6-09-2015, 16:03
“Cəmil Həsənlinin qulağına bir adam pıçıldasın ki…“ - Elşən Musayev
16-08-2023, 11:43
Bloqer Aysel: “Hansı ağıldasınız ki, o an Nicata kömək etmək əvəzinə video çəkmisiniz” - FOTO
14-06-2022, 12:05
Vaqif Əsədov işdən çıxmasından danışdı: Telefonum susmur
14-01-2016, 00:40
Xanımların nəzərinə: kişilər belə qadınlarla evlənmək istəmir
15-03-2016, 19:58
Moskvanın ən bahalı fahişələri saxlanıldı
20-08-2021, 16:20
Qarabağ Qazisini döyüb ağaca bağladılar- Foto
3-09-2016, 14:23
Prezident Masallıdadır - bir neçə obyekt açıldı
17-11-2015, 17:21
“Kupça” ların verilməsində – YENİLİK
17-02-2017, 00:48
Memarın ideyasıyla hazırlanan HEYRANEDİCİ TORT NÜMUNƏLƏRİ - FOTOLAR