Borcu olan şəxs QURBAN kəsə bilər? - Dini AÇIQLAMASI
Tarix: 14-08-2018 | Saat: 18:55
Bölmə:Karusel / İbadət | çapa göndər
İslam aləmində ən müqəddəs bayramlardan biri olan Qurban bayramı bu il 22 və 23 avqust tarixlərinə təsadüf edir.
Hər il Qurban bayramı ərəfəsində müxtəlif suallar gündəmə gəlir. Xüsusən də ilk dəfə qurban kəsənlər məsələdə daha həssas olurlar.
Borcu olan şəxslərin qurban kəsməsi vacibdirmi?
İlahiyyatçı Hacı Fuad Pənahlı bununla bağlı açıqlamasında bildirib ki, qurban kəsmək əslində Həccdə olan insanlara vacibdir:
“Qurban həcc əməllərinin bir hissəsi sayılır. Həccdə olmayan şəxslərin qurban kəsməsi savabdır. Yəni, kimin maddi imkanı çatırsa, qurban kəsə bilər. Lakin kiminsə borcu varsa, bu zaman bəzi məsələləri nəzərə almaq lazımdır. Belə ki, borc sahibi həmin şəxsi sıxmır, onu çətinliyə salmırsa, bu zaman borclu qurban kəsə bilər. Yəni, borcu olan şəxsin qurban kəsməsi haram deyil. Amma borc sahibi pulunu tələb edirsə, bu zaman həmin şəxs mütləq borcunu qaytarmalıdır. Bu səbəblə, qurban kəsməsi vacib deyil”.
Qeyd edək ki, Azərbaycanda Qurban bayramı namazı avqustun 22-si saat 08:00-da Bakının Əjdərbəy məscidində, saat 9:00-da isə Təzəpir məscidində qılınacaq. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə isə bayram namazını Təzəpir məscidində qılacaq.
Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqustun 22-si və 23-ü qeyri-iş günüdür.
Xəbəri paylaş
1 1768 dəfə oxunub.
Digər xəbərlər

19-05-2022, 10:28
Ağrıyan yerinizə xına çəkin - BİLMƏDİYİNİZ FAYDALARI
28-02-2017, 20:24
Azərbaycanda pensiyalarla bağlı DƏYİŞİKLİK
17-12-2018, 17:32
Erməni əsgər gözündən güllələndi
9-04-2019, 15:40
DİQQƏT! Bu ərazidə hərəkət məhdudlaşdırılır
16-08-2017, 19:47
Bu qidaları yeyən uşaqlar daha ağıllı olur - FOTOLAR
28-07-2015, 10:50
Ədalət Şükürov artıq Dağıstanın xalq artisti oldu.(FOTO)
21-07-2023, 14:04
Bakıda DƏHŞƏT: Marşrut avtobusu partladı – Video
7-06-2016, 22:15
ABŞ Əl-Qaidə ilə müttəfiqdir - Şok iddia
16-10-2018, 10:28
Nar qabıqlarını atmayın