Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Adına and içdiyimiz çörəyə acınacaqlı münasibətimiz - FOTO
Tarix: 10-08-2018 | Saat: 11:11
Bölmə:Karusel / Foto-fakt / Araşdırma | çapa göndər


Bu gün zibil qutularının yanından keçəndə hər birimiz çirkli qutulara atılmış, yaxud kənarından torbalarda asılan çörəkləri hətta açıq şəkildə natəmiz yerə tökülmüş müqəddəs nemətimizi görürük.
Xeberaz.Az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Mansur Piriyev çörəyə bu cür münasibətin dəyişməyin vaxtınin çoxdan çatdığı ilə bağlı fikirlərini bölüşərkən deyib.
M.Piriyev qeyd edib ki, xalqımız tarixlər boyu çörəyi özünün müqəddəs dəyəri hesab edib. Çörəyin yerə düşdüyünü görən hər bir azərbaycanlı onu yerdən götürüb, öpüb, alnına qoyub və hər zaman ən təmiz yerdə saxlayıb.
Ancaq bu gün zibil qutularının yanından keçəndə hər birimiz çirkli qutulara atılmış, yaxud kənarından torbalarda asılan çörəkləri hətta açıq şəkildə natəmiz yerə tökülmüş müqəddəs nemətimizi görürük.
"Bu həm də onu göstərir ki, hər gün on minlərlə çörək israf olunur. Bəzən plansız istehsal və tədarük, bəzən saxlama və satış şəraiti bəzən də gərəksiz sərfiyyat çörək israfına səbəb olur.
Yer kürəsində hər gün milyonlarla insanın aclıq çəkdiyini və çörəyin müqəddəs nemətimiz olduğunu nəzərə alaq, çörəyə bu cür münasibəti dəyişməyin vaxtı çoxdan çatıb", -  deyə M.Piriyev əlavə edib.


Xəbəri paylaş

6628 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___