Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Anar bu cəmiyyətdən yaralı və nigaran getdi” - Atası
Tarix: 07-08-2018 | Saat: 12:53
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

“Anar bu cəmiyyətdən yaralı və nigaran getdi”
Bir neçə gün əvvəl dünyasını dəyişən reper Anar Nağılbazın atası, keçmiş deputat Rizvan Cəbiyev oğlu ilə bağlı film çəkdirmək fikrindədir.
Xeberaz.az xəbər verir ki, bu barədə fikirlərini Modern.az-la bölüşən Rizvan Cəbiyev bundan sonrakı ömrünü oğluna həsr edəcəyini deyib.
“Anarla bağlı bir film çəkilməsini istəyirəm. Fikrim var ki, ssenarini ya mən, ya dostlardan kimsə hazırlasın. Hətta, çəkiləcək filmin adına qədər fikirləşmişəm. Hamının tanıdığı və heç kəsin görmədiyi Anar. Bu formada sənədli filmin gerçəkləşməsini istəyirəm. Onun kitablarının da nəşr olunmasını istəyirəm. Bu gündən sonra nə qədər ömrüm varsa, hamısını Anara həsr edəcəyəm.Mütləq şəkildə oğlumu reabilitasiya etmək istəyirəm. Anar bu cəmiyyətdən yaralı və nigaran getdi. Ona görə də bunları etmək atalıq borcumdur”.





Rizvan Cəbiyev oğlunun övladlarını evinə gətirmək məsələsinə də toxunub.
“Uşaqların anası var. İstəsəydim, zamanında istənilən formada uşaqları geri alardım. Amma uşaq ananın yanında olar. Uşaqları çox sevən anaları var. Ana qucağı uşaq üçün hər şeydir. Vətənə də ana deyirlər. Bu söz boşuna deyilmir. Hər şeydən öndə anadır. Pis odur ki, uşaqların anası onları bizimlə görüşdürməyə razı olmur. Düşünürəm ki, onu da hüquqi formada yoluna qoyacağıq. Çünki o  uşaqlar bizim qanımızdır. Ürəyim çox istəyir ki, o uşaqları görüm. Anarın qoyub getdiyi iki əsər var. Biri yazılı əsərdir, digəri isə Allahın göndərdiyi əsərdir. Uşaqlar Anarın ən böyük əsəridir”.


Xəbəri paylaş

7108 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___