Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İki polisə xəsarət yetirən Aslan Məmmədov güllələnib
Tarix: 21-03-2015 | Saat: 23:30
Bölmə:Karusel / Gündəm / Hadisə / M2 | çapa göndər

İki polisə xəsarət yetirən Aslan Məmmədov güllələnib

23 yaşlı soydaşımız orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib
Ötən gecə Sankt-Peterburqun Kalininski rayonu Cinayət Axtarış İdarəsinin əməkdaşları tabel silahı tətbiq edərək silahlı cinayətkarı yaxalayıblar.

xeberaz.az “report”a istinadən xəbər verir ki, hadisə 20 mart 2015-ci ildə gecə yarısı baş verib.

Məlumata görə, Vavilovıx küçəsində iki polis əməkdaşı növbətçilikdən qayıdarkən köməyə çağırış səsləri eşidiblər və bıçaqla silahlanmış naməlum şəxsin bir kişinin arxasınca qaçdığını görüblər.

Polis əməkdaşları canini tutmuq istəsələr də, o qanun keşikçilərinə fəal müqavimət göstərərək, birinin döş qəfəsi, digərinin isə çiyin nahiyəsinə bıçaq xəsarətləri yetirib.
Polislər tabel silahı tətbiq etməli olublar. Üç xəbərdarlıq atəşinə məhəl qoymayan cani, ayağından vurularaq ələ keçirilib.

Hər iki ayağından yaralanan 23 yaşlı azərbaycanlı Aslan Məmmədov orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarına da tibbi yardım göstərilib.

Peterburqun istintaq orqanları Cinayət Məcəlləsinin 318-ci maddəsi üzrə cinayət işi qaldırıblar.

İndi həmyerlimizi oğurluq etməklə yanaşı polis əməkdaşlarına bədən xəsarətləri yetirməyə görə 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.


Xəbəri paylaş

7208 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___