Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ölkədə nə qədər taxıl yığılıb?
Tarix: 06-08-2018 | Saat: 17:17
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər ki, 5 avqust 2018-ci il tarixinə olan məlumata əsasən respublikanın rayonlarında 1007,8 min hektar sahədə taxıl biçini aparılıb. Bunun 672,1 min hektarı buğda, 335,7 min hektarı arpa sahələridir.
Hazırki məlumatlara əsasən buğdanın orta məhsuldarlığı 30,1 s/ha, arpanınkı isə 27,6 s/ha təşkil edir.
Arpa biçininin 99,7%-i, buğda biçininin isə 99,1%-i yerinə yetirilib.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti tərəfindən 26 ədəd (Bakı - 11, Cəlilabad - 3, Goranboy - 1, Kürdəmir - 1, Lənkəran -1, Masallı - 1, Sabirabad - 1, Şabran - 2, Şəki - 1, Şirvan - 4) kənd təsərrüfatı texnikası dövlət qeydiyyatına alınıb, 23 ədəd (Bakı - 10, Cəlilabad - 3, Lənkəran - 1, Masallı - 1, Sabirabad - 1, Şabran - 2, Şəki - 1, Şirvan - 4) kənd təsərrüfatı texnikasına dövlət texniki baxışı keçirilib. 18 nəfərə isə (Bakı - 1, Bərdə - 2, Cəlilabad - 1, Qazax - 1, Quba - 6, Lənkəran - 1, Şirban - 6) kənd təsərrüfatı texnikasını və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi verilib (dəyişdirilib).


Xəbəri paylaş

4368 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___