Ağız suyu vəzilərinin funksiyası
Tarix: 04-08-2018 | Saat: 21:11
Bölmə:Karusel / Səhiyyə / Maraqlı / M2 | çapa göndər
#SAĞLAMLIQ
Ağız suyu vəzilərinin 2 funksiyası vardır:
- sekretor funksiya
- inkretor funksiya.
"Xəbəraz.az " bildirir ki, sekretor fəaliyyətin məhsulu ağız suyu qidanı islatmaqla udma aktını asanlaşdırır. Ağız suyunun tərkibində polisaxaridləri hidrolitik yolla parçalamaq qabiliyyətinə malik olan ferment - amilaza olur. Bundan əlavə ağız suyunda aşağıdakı fermentlər var:
- lizosim
- karbonhidraza
- nukleaza
- fosfataza
- peroksidaza.
Bu fermentlərin bir hissəsi orqanizmə zərərli maddələrin daxil olmasının qarşısını alır, amma bəzilərinin bioloji rolu hələ də aydınlaşmayıb. Məsələn, lizosim bir sıra mikroorqanizmləri, nukleazalar isə virusları parçalamaq qabiliyyətinə malikdir.
Normal şəraitdə insanın ağız suyu vəziləri gündə 1-2 litr şirə ifraz edir. Ağız suyunun ifrazının artmasına hipersalivasiya, azalmasına isə hiposalivasiya deyilir.
Hipersalivasiya sekretor sinirlərin bilavasitə və ya reflektor yolla qıcıqlanması hesabına baş verir. Buna aşağıdakı hallarda rast gəlinir:
- bulbar iflic
- stomatit
- qinqvit
- mədənin selikli qişalarının iltihabı
- qida borusu xəstəlikləri
- qurd xəstəlikləri
- hamiləlik toksikozları
- vegetativ zəhərlərlə zəhərlənmə.
Hiposalivasiya isə çox vaxt orqanizmin susuzlaşması səbəbli baş verir. Bu adətən şiddətli tərləmə və ishal zamanı baş verir. Bəzən parasimpatik sinir sisteminin xəstəlikləri də ağız suyu ifrazının azalmasına səbəb olur. Hiposalivasiyaya aşağıdakı xəstəliklər səbəb ola bilir:
- parotit
- emosiona stress
- ishal
- ağız suyu vəzilərinin şiş xəstəlikləri
- vəzləri axacağının daşla tutulması.
Xəbəri paylaş
6818 dəfə oxunub.
Digər xəbərlər

14-07-2016, 11:42
Azərbaycan və Ukrayna prezidentlərinin təkbətək görüşü
9-04-2017, 20:15
Qaraciyəri bərpa edən, qurdları öldürən-MÜALİCƏVİ YAĞ
9-11-2023, 18:54
Dünya tarixində ilk: İnsan robot tərəfindən ÖLDÜRÜLDÜ
7-01-2017, 09:59
ABŞ-da aeroporta silahlı hücum: 5 ölü, 45 yaralı - YENİLƏNİB-2
18-02-2016, 12:49
Ankarada terror anının KAMERA GÖRÜNTÜSÜ
12-04-2016, 13:29
Təhsil eksperti qəbul imtahanlarından danışdı: "Abituriyentlər təşvişə düşməsinlər!"
11-12-2017, 13:28
Dilin üzərində sarı ərpin SƏBƏBLƏRİ
25-01-2018, 16:40
İcra başçısı: Bayılda sürüşmə zonasından köçürülmış sakinlərə kirayə pulu veriləcək
22-06-2016, 20:15
NATO nümayəndə heyəti Azərbaycanda
2-09-2022, 12:46
Bərdədə təcavüzə məruz qalan 14 yaşlı qızın ailəsi tələb edir: "Bu canilərə ən ağır cəza verilməlidir" - VİDEO