Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şeyx prezidentə Ramazan əfvi üçün müracət edəcəkmi?
Tarix: 11-07-2015 | Saat: 13:33
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Şeyx prezidentə Ramazan əfvi üçün müracət edəcəkmi?


On bir ayın sultanı müqəddəs Ramazan ayının başa çatmasına sayılı günlər qalır

Bu ərəfədə ölkədə Ramazan əfvinin verilə biləcəyi ilə bağlı ümidlər də var və bəzi ekspertlər bunu mümkün sayır. Düzdür, indiyə qədər ölkəmizdə Ramazan əfvi olmayıb və məhbus ailələrinin sevindirilməsi hadisəsi adətən digər bayramlara təsadüf edir.

Deputat, hüquq müdafiəçisi Çingiz Qənizadə də bir müddət öncə Ramazan bayramı münasibətilə gözlənilən Əfv sərəncamı haqqında danışarkən demişdi ki, əfvin olub-olmaması prezident İlham Əliyevin şəxsi sərəncamında olan məsələdir, çünki bu səlahiyyət Azərbaycan Respublikasının Konstitusiyası ilə dövlət başçısına verilib. “Ola bilsin ki, Ramazan ayının başa çatması münasibətilə ölkə rəhbəri tərəfindən belə bir əfv sərəncamı verilsin”-deputat bildirmişdi.

Yeri gəlmişkən, müsəlman ölkələrində Ramazan əfvinin verilməsi artıq normaya çevrilib. İki il öncə İranda Ramazan ərəfəsində 11,5 min məhbus əfv olundu. Həmçinin 2013-cü ildə Küveyt əmiri Sabah əs-Sabah onu təhqir etdiyinə görə həbs edilən məhbusları Ramazanın son 10 günlüyü münasibətilə əfv etmişdi. Qeyd edək ki, müqəddəs Ramazan ayının şərəfinə əfv fərmanları bu region üçün ənənə halına çevrilib. 2011-ci ildə isə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Ramazan bayramı ərəfəsində 3 min 700 yüz nəfərdən çox dustağı əfv etmişdi.

Bəzi müşahidəçilər hesab edir ki, Azərbaycanda bu ənənənin əsasının qoyulması üçün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyx Hacı Allahşükür Paşazadənin ölkə prezidentinə müraciəti yerinə düşərdi. Hesab olunur ki, əgər Şeyx həzrətləri ölkədə birlik və həmrəyliyin bərqərar olması, xarici düşmənlərə dövlət və millət olaraq mesaj verməyimiz üçün belə bir addımın atılması zərurəti barədə çağırış edərsə, ölkə rəhbərliyi onun mövqeyinə biganə qalmaz.

Ən azı ona görə ki, Şeyx Hacı Allahşükür Paşazadənin mövqeyi hakimiyyət tərəfindən də qiymətləndirilir və dini lider kimi sözünün çəkisi var. Qeyd edək ki, hər orucluq ayında Şeyx ölkə prezidentini öz evinə eftar süfrəsinə dəvət edir. Böyük inam var ki, elə gözlənilən növbəti iftar məclisində bir çox digərləri ilə yanaşı, siyasi motivlərlə həbsdə olan şəxslərin də əfvi barədə xahiş edərsə, o zaman prezident onun sözünü eşidə və Ramazan əfvi imzalana bilər.

Şeyxin belə bir istəyinin olub-olmadığını dəqiqləşdirmək üçün Qafqaz Müsəlmanları İdarəsinə müraciət etsək də, zənglərimiz cavabsız qaldı.(musavat.com)


Xəbəri paylaş

6558 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___