Bakıda parkomatların qiyməti dəyişəcək?
Tarix: 28-07-2018 | Saat: 11:45
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Bakıda parkomatlarda avtomobil saxlama qiymətinə yenidən baxılmalıdır.
Xeberaz.az xəbər verir ki, bunu Tnəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib. Ə.Hüseynov bildirib ki, parkomatlardakı qiymətlər hökumət tərəfindən müəyyən olunmayıb. Onun sözlərinə görə, ötən il qanunvericiliyə dəyişiklik olundu:
"Nazirlər Kabinetinə tapşırıq verildi ki, parklanma yerlərində qiymətləri müəyyən etsin. Həmin qiymətlər hələki müəyyən olunmayıb. Hazırda tətbiq edilən qiymətləri isə Bakı Şəhər İcra Hakimiyyəti müəyyən edib. Bakıda olan iki parkomat dövlətə məxsusdur, bunlar Qış bulvarının və Azadlıq meydanının altında yerləşən parkomatlardır. Qalan parkomatlar özəldir. Hər halda qiymətlər müəyyən prinsiplər əsasında daha yaxşı tənzimlənməli və sürücülər üçün daha əlçatan və cəlbedici olmalıdır. Parklanmanın əsas mahiyyəti odur ki, şəhərdə dayanma-durma ilə bağlı pozuntular olmasın, tıxaclar yaranmasın. Parkomatların yaradılmasında əsas məqsəd külli miqdarda gəlir əldə etmək deyil".
Ə.Hüseynov bildirib ki, şəhərin bütün parklanma yerləri ödənişli olmamalıdır: "Parklanma yerlərində ilk 15 dəqiqə pulsuz olmalı, şəhərin yerləşməsinə uyğun olaraq fərqli parklanma tarifləri müəyyən edilməlidir, istirahət və bayram günləri isə ödənişsiz və ya cüzi ödənişlə olmalıdır. Dünyanın hər yerində parklanmanın qabaqcadan uzunmüddətli ödənişi həyata keçirilir. Misal üçün 1 aylıq, 6 aylıq və ya 1 illik əvvəlcədən ödəniş edir və həmin müddətdə bütün parklanma yerlərində dayanır. Düzdür, birdəfəlik ödənilən məbləğ bir az çox olur, ancaq gündəlik istifadəni nəzərə aldıqda ödənişlər çox az düşür".
Xəbəri paylaş
5858 dəfə oxunub.
Digər xəbərlər

29-08-2017, 11:05
VALİDEYNLƏR, DİQQƏT! Belə çantaları uşaqlarınıza almayın
6-02-2016, 15:58
Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş “Addım at!” adlı poemasının təqdimatı keçirildi
7-01-2019, 11:30
Tükiyədə qız “yox” cavabı aldığı oğlanı güllələdi
10-02-2018, 18:54
Məşhur həkimdən qorxulu açıqlama - Çörək yeməyi tərgitməliyik
10-12-2016, 10:41
Azərbaycanda qaçqınların vətəndaşlıq əldə etməsi proseduru müəyyənləşdi
18-08-2016, 14:22
Sabah Azərbaycanda 40 dərəcə temperatur olacaq - PROQNOZ
10-08-2016, 14:05
DİQQƏT! ANS-in məhkəməsi başladı - FOTOLAR
23-05-2017, 20:21
Zaqataladakı Diva kimdir? - "Hərbi hissələrdə konsertlərim təşkil olunub" - VİDEO - FOTO