"Azərbaycan" İES-də qəzanın səbəbləri araşdırılıb - Alman və rusiyalı ekspertlərlə birgə
Tarix: 27-07-2018 | Saat: 12:24
Bölmə:Karusel / M2 / Araşdırma | çapa göndər
"Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılmış Dövlət Komissiyasına verilmiş tapşırıqlara uyğun olaraq, Energetika Nazirliyi elektroenergetika sisteminin dayanıqlığının təmin edilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirir.
Xeberaz .Az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, qəzanın səbəblərinin müəyyən edilməsi və fəsadlarının aradan qaldırılması məqsədilə Almaniya və Rusiyanın ixtisaslaşmış şirkətlərindən dəvət olunmuş ekspert qrupu ilə birgə araşdırmalar aparılıb.
Araşdırmaların ilkin nəticələri və "Azərbaycan" İES-in 330 kV-luq yarımstansiyasında aparılan təhlillər nazirlikdə müzakirə edilib. "Azərbaycan" İES və Mingəçevir-Abşeron xəttində qəza halları zamanı sistemin etibarlılığı və dayanıqlığının təmin edilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər müəyyənləşdirilib. Həmin tədbirlərin həyata keçirilməsi ilə bağlı "Azərenerji" ASC-yə tapşırıqlar verilib. Eyni zamanda, xarici ekspert qrupunun ilkin rəyi və həyata keçiriləcək tədbirlər barədə məlumatlar Dövlət Komissiyasına təqdim olunub.
Bundan başqa, Dövlət Komissiyasına verilmiş digər tapşırığa əsasən strateji və dövlət əhəmiyyətli obyektlərin generatorlarla təminatı ilə bağlı araşdırmalar aparılır və müvafiq təkliflər hazırlanır.
Xəbəri paylaş
5888 dəfə oxunub.
Digər xəbərlər

5-04-2020, 15:05
"Çox sayda insan öləcək" dedi, 1344 nəfər...
15-04-2017, 12:36
Bakıda ilk: “əvvəl iranlılar idi, indi ərəblər artıb...” - REPORTAJ
1-11-2017, 10:17
Azərbaycandan rekord - UEFA reytinqi
25-06-2021, 03:49
Ermənilərdən böyük düşmən... - NƏ ETMƏLİ?
25-06-2016, 18:20
Poroşenko: “Rusiyadan qorunmaq üçün...”
7-09-2018, 12:23
Bakıda narkoman oğul ana və atasını vəhşicəsinə döyüb – Təfərrüat
2-07-2016, 20:58
Bəşər Əsədin xanımı uşaq evində - Video
8-06-2020, 04:02
"Sağlam düşüncəli vətəndaş kimi Azərbaycan polisi ilə həmrəy olaq"
17-06-2016, 13:24
YAP üzvünün Mingəçevir ŞPİ- nin Yol polis şöbəsinin rəisindən -ŞİKAYƏT