Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda bu yolun tikintisi zamanı plana düşən evləri dövlət alacaq
Tarix: 24-07-2018 | Saat: 11:05
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər


Bakıda Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi məqsədilə həmin avtomobil yolunun layihəsi altına düşən torpaq sahələri dövlət tərəfindən alınacaq.
B ununla əlaqədar Baş nazir Novruz Məmmədov qərar verib.
Qərara əsasən, "Bakı şəhəri ərazisində yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Prezidentinin 2018-ci il 15 may tarixli 82 nömrəli sərəncamına əsasən, Bakı şəhəri ərazisində Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi məqsədilə Azərbaycanın 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsait çərçivəsində həmin avtomobil yolunun layihəsi altına düşən torpaq sahələrinin alınması həyata keçirilsin.
Bu qərarla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tapşırılıb ki, alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaradılsın.





Yol tikintisi layihəsi altına düşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunun tələblərinə uyğun həyata keçiriləcək. Yol tikintisi layihəsi altına düşən alınan daşınmaz əmlak və alınmanın təsirinə məruz qalan şəxslər, onlara ödənilmiş kompensasiyanın məbləğləri barədə məlumatı altı ayda ən azı bir dəfə Nazirlər Kabinetinə təqdim ediləcək.
Qərara görə, Maliyyə Nazirliyi Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi layihəsi çərçivəsində tikinti altına düşən torpaqların dövlət ehtiyacları üçün alınmasının maliyyələşdirilməsini təmin edrəcək.


Xəbəri paylaş

4578 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___