Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
5 yaşlı ağacla döyüb öldürübmüş - Kürdəmirdə
Tarix: 23-07-2018 | Saat: 12:46
Bölmə:Karusel / Hadisə | çapa göndər

5 yaşlı oğulluğunu ağacla döyüb öldürübmüş

Ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Xeberaz.az DİN-ə istinadən xəbər verir ki, Kürdəmir rayonunun Pirili kəndi ərazisindəki fermaların birində iyulun 16-da 5 yaşlı Murad Bayramovun atdan yıxılması, aldığı xəsarət nəticəsində iyulun 21-də öldüyü barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat tədbirləri nəticəsində uşağın ögey atası, fermada yaşayan və işləyən, əvvəllər məhkum olunmuş Abdulla Abdullayev tərəfindən iyulun 16-da ağac parçası ilə döyülməsi və aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.
Görülmüş tədbirlərlə A.Abdullayev tutulub.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.


Xəbəri paylaş

4808 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___