Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qarpız-yemiş niyə bahalaşıb? - Ekspert əsl səbəbləri açıqladı
Tarix: 23-07-2018 | Saat: 11:58
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər


Son günlər həm sahələrdə, həm də topdansatış mərkəzlərində qarpız və yemişin qiymətində müşahidə olunan artımın səbəbi havaların kəskin isti keçməsinin nəticəsidir. Xeberaz.Az bildirir ki, bunu  kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli deyib.
N.Nəsirli bildirib ki, hazırda qarpızın qiyməti 50-60 qəpikdir, yemiş isə 60 qəpikdən aşağı deyil.

Ekspert qeyd edib ki, bu il vəziyyət ötən illərdəkindən fərqli olub: "Bu il havalar çox isti keçdiyi üçün sahələrdə qarpız tağlarını yandırıb və məhsuldarlıq xeyli aşağı düşüb. Əgər hər il Sabirabadda qarpız yığımı iyulun sonunda başa çatırdısa, bu il bu proses ən azı 20 gün tez başa çatıb və ona görə də bazarda qıtlıq yaranıb".
O vurğulayıb ki, qarpız və yemişin daha da bahalaşacağı ilə bağlı səsləndirilən fikirlərin əsası yoxdur:
"Hətta deyirlər ki, qarpızın qiyməti bir manatı ötəcək. Mən o qədər bahalaşma gözləmirəm. Bilirsiniz ki, iyul-avqust ayları qarpızın əsas mövsümüdür. Qeyd etdiyim kimi, hazırda bazarda qıtlıq yaradan əsas amil ondan ibarətdir ki, Sabirabadda qarpız sahələrində məhsul artıq qurtarıb. İndi Bakıya, Sumqayıta və digər iri şəhərlərə məhsullar əsasən Bərdə, Ağcəbədi, İmişli və digər rayonlardan gətirilir. Əgər fikir versəniz, bazarda hər il təqribən bir həftə boşluq yaranır. Çünki əvvəlcə qarpız Sabirabadda yetişir və bazara çıxır, sonra digər rayonlardan. Yuxarıda qeyd olunan rayonlarda qarpız yığımı intensivləşdikcə, bazarda məhsul artacaq və qiymətlərdə sabitlik yaranacaq. Bu baxımdan qiymətlərdə o qədər də ciddi artım gözləmirəm. Ola bilər ki, qiymətlər təxminən 70-80 qəpiyə çatsın, ancaq avqust ayında əsas mövsüm başlayanda qarpızın qiyməti sabitləşəcək".
Ekspert pambığın əkin sahələrinin genişlənməsinin də buna təsirini qeyd edib: "Müəyyən qədər də pambıq sahələri bostan sahələrinin hesabına genişləndirilib. Bu il pambıq sahələri 18 min hektardan 130 min hektara qalxıb. Bu ərazilərin içərisində əvvəllər bostan bitkilərinin əkildiyi sahələr də var".






2508 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___