DİQQƏT: Bəzi rayonlara güclü leysan yağacaq
Tarix: 19-07-2018 | Saat: 13:12
Bölmə:Karusel / Gündəm | çapa göndər
Sabah Bakıda və Abşeron yarımadasında iyulun 20-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir, şimal-qərb küləyi arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 24-27, gündüz 30-35, Bakıda gecə 24-26, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunundan 754 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.
Abşeron çimərliklərində iyulun 20-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək. Şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar çimərliklərə üz tutanların ehtiyatlı olması tövsiyə edilir.
Azərbaycanın rayonlarında iyulun 20-də hava şəraitinin yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 21-26, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.
İyulun 20-21-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir. Həmçinin Bakıda və Abşeron yarımadasında iyulun 20-si axşamdan 23-ü gündüzədək şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
Azərbaycan rayonlarında iyulun 20-si axşamdan 24-ü axşamadək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi,şimşək çaxacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Xəbəri paylaş
5028 dəfə oxunub.
Digər xəbərlər

4-11-2021, 08:47
Nar qabıqlarının inanılmaz faydaları. RESEPTLƏR
12-11-2021, 12:50
“Əməkhaqqı 150 dollar olan ölkədə pomidorun 3 dollara olması…” – Nazirə sərt cavab
5-01-2017, 12:22
Gecə 3-lə 5 arası yatmayın
18-03-2019, 16:30
İrandan Gürcüstana aparılan 306 kiloqramdan artıq heroin müsadirə edildi - FOTOLAR
20-08-2016, 01:27
Bir dəqiqəyə 20 MİN SÖZ oxuyan azərbaycanlı - VİDEO
28-06-2016, 19:36
RƏQQASƏ SƏYİDƏ RİHANNANIN VƏ HANDE YENERİN LİBASINDAN GEYİNDİ – FOTOLAR
1-03-2019, 14:26
Nazirlik 5 körpənin ölümü ilə bağlı ARAŞDIRMA BAŞLATDI
15-03-2018, 16:17
Qızını itirən teleaparıcı: " Ürəyi tab gətirmədi...."
2-05-2016, 13:06
Rövşən Lənkəranskiyə ağır itki