Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Atadan 8 aylıq qızına qarşı İNANILMAZ ƏMƏL: cinsi əlaqə və... - DƏHŞƏTLİ TƏFƏRRÜAT (FOTO)
Tarix: 13-07-2018 | Saat: 15:49
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər

Atadan 8 aylıq qızına qarşı İNANILMAZ ƏMƏL: cinsi əlaqə və... - DƏHŞƏTLİ TƏFƏRRÜAT (FOTO)

Ukraynanın Jitomir vilayətinin Berdiçev şəhərində saxlanılan pedofilin tutulmasının təfərrüatları məlum olub.
"Xəbəraz.az " Ukraynanın “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, körpənin anası ərinin hərəkətləri barədə polisin verdiyi kadrlardan sonra bilib.
Qadın ona verilmiş kadrlarda öz qızını və ərini tanıyıb. Kişi öz günahını tamamilə etiraf edib.
Məlumata görə, kişi Ukraynanın Donbas bölgəsində anti-terror əməliyyatlarında iştirak edib. O, daha əvvəl pornoqrafik xarakterli predmetlərinin hazırlanması və yayılmasına görə cinayət məsuliyyətinə cəlb edilmişdi. Lakin qonşuları onu nümunəvi ata, ailəni isə müvəffəqiyyətli hesab edirdilər. Qeyd edilir ki, heç kim indiyə kimi ər-arvad arasında münaqişə baş verdiyini görməmişdi.
Həkimlər körpəni müayinə ediblər. Bildirilir ki, onun sağlamlığı üçün heç bir təhlükə yoxdur. Qız anası ilə qalır. Məhkəmə kişi barəsində isə tezliklə həbs qəti-imkan tədbiri seçəcək.
Qeyd edək ki, Berdiçev sakinini iyulun 12-də saxlayıblar. Pedofil körpəylə cinsi əlaqəni təqlid edir və porno məhsulu pul üçün internetdə yayırdı.
“Bu səhər operativ-axtarış və istintaq hərəkətlərinin kompleksinin keçirilməsi nəticəsində kiberpolis şöbəsinin əməkdaşları növbəti əclafı saxladı. Jitomir vilayətinin sakini 2017-ci il təvəllüdlü qızıyla cinsiyyət münasibətlərini təqlid edir, pul mükafatı qarşılığında foto və videoları internetdə yayırdı. Görüntüləri dərc edə bilmirəm, çünki normal vətəndaşlar onlara baxa bilməyəcəklər, insanın tükləri biz-biz olur”, - Ukraynanın Milli polisinin sədr müavini Vyaçeslav Abroskin Feysbukda yazıb.
TSN telekanalının məlumatına görə, kişi demək olar ki, son yarım il ərzində hər ay sosial şəbəkələrdə qızının dünyaya gəlməsinə görə çox şad olduğunu yazırdı. O, qızını “kiçik şahzadə” adlandırırdı.
Polislər pedofilin kompüteri və mobil telefonunu götürüblər. İlkin baxışdan sonra hüquq-mühafizə orqanları telefonda azyaşlı uşağın iştirakıyla pornoqrafik məzmunlu faylları aşkar ediblər. Götürülmüş texnika bütün lazımi ekspertizaların həyata keçirilməsi üçün ekspert mərkəzinə göndərilib.
Qeyd edilir ki, Ukraynanın hüquq-mühafizə orqanlarına ilkin informasiya avstraliyalı həmkarlarından daxil olub. Cinayətkar fotoları “Yandex.ru” Rusiya veb-resursunun köməyi ilə yayırdı. Veb-resursa giriş Ukraynanın ərazisində qadağan edildiyindən o, cinayət əməllərini uzun müddət davam etdirə bilib.
Cinayətkarı 15 il həbz cəzası gözləyir.











Xəbəri paylaş

1 0968 dəfə oxunub.

Digər xəbərlər
13-02-2022, 12:41 Sabah yağış yağacaq

bütün xəbərlər
____ Instagram ___