"Bozbaş pictures"ə baxanda əsəbimdən partlayıram" - xalq artisti
Tarix: 11-07-2018 | Saat: 13:53
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər
Çoxdandır görünməyən xalq artisti Elmira Şabanova sükutu pozub.Xeberaz.az xəbər verir ki, aktrisa sənətdən, efirlərdən imtina etdiyini bildirib:
"Uzun müddətdir ki, nə efirlərə çıxıram, nə də yaradıcılıqla məşğul oluram. Hər şeydən imtina etmişəm, bunun da səbəbləri var. Azərbaycanda 30-dan artıq filmə çəkilmişəm, amma bu gün kinodan danışmağa dəyməz. Kino diriykən basdırılıb, mən də onun içində. Ortalığa düşüb, guya film çəkirlər. Amma nə düz-əməlli ssenarisi var, nə də rejissor işi. Danışanda da olursan pis, düşmən qazanırsan. Susursan, özünə ziyan edirsən, dözmək çətindir. "Bozbaş Pictures"in çəkdiklərinə baxanda əsəbimdən partlayıram. Eləcə də o biriləri. İstər Elməddin olsun, istər Fərda, ya başqaları. Nə qədər şit-şit gülmək olar? Belə bayağılıqla nə vaxta qədər gündəmə gəlmək olar? Məsələ burasındadır ki, onların çəkdiklərinə elə özləri gülür, camaat, tamaşaçı gülmür. Belə bayağı filmləri görəndə məcburam efirlərdən, tədbirlərdən, medyadan uzaq gəzim. Çünki səhhətimə ziyan vurmaq istəmirəm".
Aktrisa bu gün çəkilən seriallardan da narazılıq edib:
"Seriallar çəkilir, amma keyfiyyəti məni qane etmir. Heç vaxt o seriallara çəkilmərəm. Amma əsl kino çəkilsə və özümə layiq rol alsam, çəkilərəm. İranda, Türkiyədə səviyyəli filmlər çəkilir, dünyanın nüfuzlu festivallarına qatılır. Biz hələ də oturub gözləyirik".
Xəbəri paylaş
6228 dəfə oxunub.
Digər xəbərlər

27-05-2016, 19:34
Döyüş başlasa, birinci onu vuracağıq - Erməni komandir
14-07-2023, 11:24
Niyam: “25 manatınızı mənə xərcləmək istəmirsiniz?” - FOTO
10-10-2016, 13:06
Müğənni Miranın ilk sürdüyü avtomobili - FOTO
13-12-2019, 16:44
Bu il xarici kəşfiyyata işləyən 15 nəfər müəyyən edildi - Azərbaycanda
5-08-2020, 20:13
Tovuz təxribatının hədəfi: Nikolun yeni hücumu... - Video
15-10-2015, 15:56
Təyyarədə uşaq dünyaya gətirdi - göydə qəribə hadisə - VİDEO
7-07-2019, 01:35
Xaçmazda 19 yaşlı qızı maşın vurdu
15-02-2016, 16:32
“Şikayətlər daxil olmağa başlayıb” - Administrasiya
13-07-2016, 18:15
Deputat Ərdoğanı “terrorun atası“ adlandırdı