Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dəyişən mənzərə, dəyişməyən ətalət.
Tarix: 09-07-2018 | Saat: 18:12
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm / Reportaj | çapa göndər

 

                      


Olduqca fərəhli haldır ki, ölkəmiz  müstəqillik qazandığı qısa zaman içərisində bu qədər geniş iqdisadi inkişaf edə bilmişik. Paytaxt Bakı şəhərinin və regionların sosial infra-sturukturunda, görkəmində, abadlığında saya gəlməyəcək qədər tikinti abadlıq işləri həyata keçirilib. Görülən bunca iş, sərf edilən əmək ölkə Prezidentinin xalqına göstərdiyi dəyərli xidmətin göstəriciləridir.
 Amma fəəssüflə qeyd etmək istərdik ki, dövlətin xalq üçün etdiyi xidmətlərə kölgə salmağa çalışan icraçılar da az deyil. Günü-gündən böyüyən Bakı şəhərində nəqliyyat vasitələrinin artması istər şəhər sakinlərinə, istərsə də ölkəmizə  gələn qonaqlar  üçün böyük çətinliklər yaradır. 
 Bunları daima diqqətdə saxlayan ölkə Prezidentinin diqqət və qayğısı nəticəsində Bakı şəhərində yeni yolların, körpülərin, yeraltı və yerüstü keçidlərin tikintisinin zəruriliyi barədə kifayyət qədər sərəncam və tapşırıqlar verib. İşin icrasını isə "Azəravtoyol" ASC həyata keçirir. Əlbət də ki, dövlətin vəsaiti hesabına. Bəlkə də qeyd etdiyimiz son fikir sizlərə bir qədər məntiqsiz görünə bilər. Lakin məntiqli açıqlanmasını sadaladıqca, inanırıq ki, bizlərə haqq qazandıracaqsınız.
  Yəqin ki, hər biriniz Bakı məhərinin mərkəzində, H.Əliyev adına Sarayın ətrafında, Nizami küçəsində,(Torqovı küç) H.Əliyev prospektində və.s quraşdırılan keçıdlərdən istifadə etmisiniz. Keçidlərin kifayyət qədər hündür və ya dərin olduğundan xəbərdarsınız. Elə bu məqsədlə də keçidlərdə eskalatorlar quraşdırılıb ki, əhali əziyyət şəkməsin.(Ən azından biz belə düşünürük və ya icraçı məmurların gözdən asdıqları pərdədir). Kaş quraşdırılmaz olardılar. Niyə?!!! deyim bilin.
"Azəravtoyol"ASC belə tikintilərin aparılmasında ya çox "naşıdır" ya da tikintiyə "cibindən sərf etdiy pul azlıq edib" ki, eskalatorlar bu qədər yararsız və standartlara cavab verməyəcək şəkildə quraşdırılıb. Lakin "Azəravtoyol"ASC-nin məsuliyyətlisindən soruşsaq, ağızdolusu Avropa standartlarından bəhs edəcəklər. Gördükləri işləri Avropa standartları səviyyəsində qurduqlarını söyləməkdən belə çəkinməyəcəklər.
 Eskalatorlar quraşdırılan zaman əhalinin əlil, qüsurlu, yaşlı, xəstə və. s fiziki qüsurları məhdud olan insanları mütləq nəzərə alınmalıdır ki, Avropa standartlarının birinci şərtidir. "Azəravtoyol"ASC-nin "mərhəməti" sayəsində əlil arabası ilə gəzən  vətəndaşların bəhs etdiyimiz keçidlərdən  istifadə etmələri "qadağan" olunub. Əgər belə olmasa idi onlar da diqqətdən kənarda qalmazdılar. Məlumdur ki, keçidlərdə quraşdırılan nəinki eskalatorların, hətta pilləkənlərin kənarında əlil arabası ilə gəzən insanların istifadəsi üşün xüsusi qurğular quraşdırılır. Hansı ki, şəhərin Azneft meydanında yerləşən keçıddə quraşdırılan qurğular kimin.
 Biz boşuna Azneft meydanında yerləşən keçidin adını çəkmədik. Çünki həmin ərazi Prezident Aparatının qarşı tərəfi olmaqla yanaşı, şəhərimizin ən gözəl oteli sayılan "Foor Seasons Baku" otelinin yanıdır.   "Azəravtoyol"ASC-nin "işgüzar" başbilənləri həm özlərinin "keyfiyyətli" iş üsullarını nümayiş etdirmək, həm də ölkəmizə gələn hər hansı fiziki qüsurlu turistin əziyyət çəkməməsi üçün  canidildən "tər töküblər" Belə olan halda yerli əhalini üçün bəhs etdiyimiz imkanlar niyə yaradılmır?      
  Bütün sadaladıqlarımız qalsın bir tərəfdə. Ən azından "ala başına, kül baçına" yarı-yarımçıq quraşdırılmış eskalatorların illərlə işləmədiyini bilirik.  Biz fiziki qüsurlu vətəndaşların unudulduğunu vurquladıq. "Azəravtoyol"ASC işində məsulliyyət hiss edib, keyfiyyətsiz inşa etdikləri bəhs etdiyimiz qurğuların halı-hazırkı yararsız  vəziyyəti ilə  maraqlanmağı artıq iş hesab edib, bir kənara qoyur.
 Bu yazının qələmə alınmasına səbəb olan H.Əliyev prospekti üzərində yerüstü keçiddə şahid olduqlarım oldu. Kifayyət qədər hündürlüyə malik keşidin aylarla işləməyən estalatorlarını ayaqla qalxmağa və enməyə çalışan yaşlı insanlar, əli uşaqlı analar, ürək qüsurlu vətəndaşlar gözlərim önündə əsl "Cəhənnə" əzabı yaşayırdılar.  Əslinə qalsa özüm də ağır ürək qüsurlu biri olduğum üçün, mən də o insanlarla birgə eyni zülmü yaşadım. Nəzərə alsaq ki, mənim kimi təsadüfən deyil, hər gün bu işgəncəni yaşayan vətəndaşların vəziyyəti necədə acınacaqlıdır. Belə olan halda vətəndaş həyatını təhlükə altına atıb, nəqliyyatın gur hərəkət etdiyi avtomobil yolundan keçməyə məcbur olurlar. Eskalatorda yaranan ektrimal hallarda məlumat verilməsi üçün fəaliyyət göstərən 0502186206 saylı telefonla haçan əlaqə saxlayıb, eskalatorun işləmədiyini bildirdikdə, mütəxəssis göndərdiklərini söyləyirlər. Mütəxəssisin isə gələcəyindən soraq verən yoxdur ki, yoxdur. Düşünürük yəqin  hansı bir  bərbad eskalatorda ilişib qalıb ki, gəlib çıxa bilmir.
 Eskalatorlarla yanaşı çox da dərin olmayan və pilləkənlər vasitəsi ilə eniş-çıxışı olan keçidlərin problemi isə başqa bir dərddir. Pilləkənlər üzərinə vurulmuş üzlük daşların qədərindən artıq sürüşkənliyi hər an insan həyatı üçün təhlükə mənbəyidir. Xüsusən də yağmurlu havalarda təhlükə riski daha böyüyür.  Lakin nədənsə  bir dəfə də olsun belə risk bu tikililərə cavabdehlik daşıyan səlahiyyət sahiblərinin qarşısına çıxmır.
Eh! Biz də nə qoyub nə axtarırıq. Görəsən heç olmazsa bu işlərə cavabdeh məmurlar bir dəfə olsun tikdikləri keçidlərdən (yollardan bəhs etmək istəmirik. o başqa bir mövzudur) istifadə ediblərmi. Qətiyyən. Çünki onların ya əzizlərinin ayaqları "əmək haqqı"ilə alınan son dəb "inomarka" avtomobillərindən yerə dəyirmi ki, özlərinin yarıtmaz işlərinin aqibətini də görsünlər? Nəhayyət sonda zülm çəkən yenə də xalqdır.
  Ölkə Prezident isə xalqın xidmətçisi olduğunu söylədiyi halda, məmurlar niyə xalqı özlərinə borclu bilir?   
Tərifə Şükürqızı   

    


Xəbəri paylaş

6558 dəfə oxunub.

Digər xəbərlər
30-11-2020, 11:39 Bu rayonlara qar yağdı

bütün xəbərlər
____ Instagram ___