Bar qızı ilə eşq yaşayan oğlandan DƏHŞƏTLİ ƏMƏL: gizlicə sevgilisinin iki rəfiqəsini... - Bakıda
Tarix: 09-07-2018 | Saat: 12:29
Bölmə:Karusel / Hadisə | çapa göndər
Bakıda iki qadını bıçaqlamaqda təqsirli bilinən 1990-cı il təvəllüdlü Şəhriyar Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Xeberaz.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Şəhriyar Əlizadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, ötən il avqustun 30-da Nizami rayonu, Qara Qarayev prospektindəki binanın qarşısında 1993-cü il təvəllüdlü Vüsalə Salmanova və onun 1985-ci il təvəllüdlü rəfiqəsi Elnarə Mikayılovaya naməlum şəxs tərəfindən çoxsaylı bıçaq xəsarətləri yetirilib.
Yaralılar təcili tibbi yardım vasitəsilə 3 saylı şəhər xəstəxanasına yerləşdiriliblər.
Nizami rayon Polis İdarəsi 25-ci polis bölməsi əməkdaşlarının əməliyyat tədbirləri ilə paytaxt sakini Şəhriyar Əlizadə tutulub.
Məlumata görə, xəsarət alanlardan biri həmin binadakı mənzildə kirayədə yaşayır. Hadisə barda işləyən qızlar işdən evə qayıdarkən baş verib. Cinayəti törədən onların tanışı olub.
Məlum olub ki, Şəhriyar Əlizadə onunla birlikdə qeyri-rəsmi nikahda yaşayan və zərərçəkənlərin rəfiqəsi olan Elyanora Osmanovanın üstündə cinayəti törədib. Elyanora əvvəlcə Şəhriyar Əlizadə ilə birlikdə təqsirləndirilən şəxs qismində işə cəlb olunsa da, sonradan cinayətin əsas şahidinə çevrilib.
Barda işləyən bu qadınlar arasında telefon üstündə mübahisə yaranıb. Mübahisəni həll etmək istəyən Şəhriyar Əlizadə sevdiyi qadının telefonunu geri almaq istəyib. Lakin zərərçəkmiş qadınlar Şəhriyarın istəyinə rədd cavabı veriblər.
Bundan əsəbiləşən Şəhriyar bıçağa əl atmalı olub.
Xəbəri paylaş
5678 dəfə oxunub.
Digər xəbərlər

18-07-2022, 15:10
Gömrük Komitəsinə rəhbərlik edəcək şəxs kimdir? - DOSYE
5-06-2018, 22:56
Azərbaycanda güclü zəlzələ baş verib
23-04-2022, 11:09
Yastığınızın altına bu otları qoyun. İnanılmaz nəticə!
19-03-2019, 18:40
Nazarbayev istefa verdi
1-07-2016, 12:07
Ankara hücumunun memarı öldürüldü
21-12-2016, 19:03
“Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur” - İran prezidenti
31-01-2017, 12:05
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 133 il ötür
27-04-2016, 18:47
Niderlanddan Minsk qrupuna dəstək
18-01-2016, 10:41
Vahid Əhmədov: "Kreditlərin 1.05 manatla ödənilməsi razılaşdırılıb”
23-09-2015, 22:22
Evli kişi ilə qaçan qızın ailəsi danışdı - TƏRTƏR