Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Bəzi məktəblərdə şagird sıxlığı ola bilər" - Nazir müavini
Tarix: 09-07-2018 | Saat: 12:24
Bölmə:Karusel / Təhsil / M2 | çapa göndər

"Təhsil haqqında" qanuna əsasən, təqvim ili ərzində 6 yaşı tamam olmuş uşaqların 1-ci sinfə qəbul oluna bilməsi müəyyən ərazilərdəki məktəblərdə az sayda şagird sıxlığı ilə nəticələnə bilər.
Xeberaz.az xəbər verir ki, bunu təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İIdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Məhəbbət Vəliyeva deyib.
O qeyd edib ki, bu gün ölkə üzrə məktəblərdə şagird sıxlığa yalnız müəyyən məktəblərdə rast gəlinir. Bu hal xüsusilə Bakı məktəblərində müşahidə edilir:
"Paytaxtın 32 məktəbində şagird sıxlığının olduğunu hər zaman demişik. "Təhsil haqqında" qanunda edilən dəyişikliyə əsasən, təqvim ili ərzində 6 yaşı tamam olmuş uşaqlar 1-ci sinfə qəbul oluna bilərlər. Biz həmin uşaqları məktəbə qəbul etməliyik. Təbii ki, bu, müəyyən ərazilərdə az sayda şagird sıxlığı ilə nəticələnə bilər".
M.Vəliyevanın sözlərinə görə, elə məktəblər var ki, orada 1-ci sinfə şagird qəbulu zamanı ərazi prinsipi tətbiq olunmur:
"Amma sıxlıq müşahidə edilən məktəblərdə uşaqlar məktəbə, ilk növbədə, ərazi prinsipi üzrə qəbul olunacaqlar. Yalnız əlavə yerlər qalacağı təqdirdə, digər uşaqlar 1-ci sinfə qəbul olunacaqlar. Növbəti dərs ilində bu məsələ ciddi diqqət mərkəzində olacaq. Artıq ikinci ildir ki, məktəbəhazırlıq qruplarına 5 yaşlı uşaqların qəbulu elektron sistem vasitəsilə həyata keçirilir. Yəqin ki, məktəbəhazırlıq qruplarına qəbul zamanı ərazi prinsipini daha geniş şəkildə tətbiq edəcəyik".


Xəbəri paylaş

5068 dəfə oxunub.

Digər xəbərlər
20-06-2016, 17:48 Bu rayonlarda qaz olmayacaq

bütün xəbərlər
____ Instagram ___