Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Türkiyədə sərnişin qatarı qəzaya düşdü - ölü sayı 24-ə çatdı
Tarix: 09-07-2018 | Saat: 11:17
Bölmə:Karusel / Hadisə / Dünya | çapa göndər



 
İyulun 8-də Türkiyədə baş vermiş qatar qəzasında ölənlərin sayı 24-ə çatıb.
 
APA-nın verdiyi xəbərə görə, Ədirnə vilayətinin Uzunkörpü rayonundan İstanbulun Halkalı stansiyasına hərəkət edən sərnişin qatarı yerli vaxtla saat 17:00 radələrində Tekirdağ vilayətinin Çorlu və Muratlı rayonları arasında relsdən çıxaraq aşıb. Hadisə zamanı qatarda 362 sərnişin və 6 ekipaj üzvü olub.
 
İlkin məlumata əsasən 5 vaqonun aşması nəticəsində 10 nəfərin öldüyü açıqlanmışdı. Lakin iyulun 8-də səhər saatlarında səhiyyə naziri Rəcəb Akdağ ölənlərin sayının 24-ə yüksəldiyini açıqlayıb. 318 yaralı xəstəxanalara aparılıb, onlardan 194-ü ilkin tibbi yardımdan sonra evə buraxılıb.
 
Hadisənin səbəbi kimi leysan yağışlarının relslərin altındakı torpaq qatını yuması göstərilir.


Xəbəri paylaş

4718 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___