Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>
Hər növ keyfiyyətli elektronik avadanlıqların yalnız bircə ünvanı Ağa Electronics.Qulaqcıqlar,Mauslar,Music Playerlər,Poverbanklar, Action və Obyekt kameraları daha nələr-nələr.Keyfiyyətli bütün malları Ağa Electronicsdən əldə edə bilərsiniz! Ünvan: 28 may küçəsi 78b Əlaqə: (+99455)9700007 @aga.electronics @aga.electronics @aga.electronics
Əlaqə üçün: (+99455)9700007 (WhatsApp) ➡@aga.electronics
“Zamiqin başına adam düşüb” - “Aqua Park”da ölən şəxsin qardaşı
Tarix: 6-07-2018, 11:44 | Saat: 15:47:00
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər




Dünən Novxanı qəsəbəsində yerləşən "Aquapark”da baş verən ölüm hadisəsi ilə bağlı yeni iddialar Hadisə zamanı vəfat edən Zamiq Nağıyevin qardaşı Nicat Nağıyevin sözlərinə görə, dünən polis və prokurorluq orqanlarının əməkdaşlarının iştirakı ilə təhlükəsizlik kameralarından hadisə anının görüntülərini izləyiblər: "Zamiq saat 13:36-da Aquaparka gəlib, hadisə isə 15:07-də baş verib. Atraksionun yuxarısında da, aşağısında da nəzarətçi yoxdur. Videodan görünür ki, Zamiq atraksionun aşağısında çimir, bu zaman atraksionun göy rəngli hissəsinin yuxarısından hələ ki şəxsiyyəti bəlli olmayan bir nəfər sürüşüb Zamiqin başından bütün çəkisi ilə zərbə vurur. Dərhal da kənara çəkilib gözləyir, 15:08-də Zamiqin hərəkətsiz olduğunu görən və yaxınlıqdakı masada yemək yeyən 17 yaşlı bir oğlan paltarlı formada suya tullanıb Zamiqi çıxardır. Ətrafdakı digər qonaqlar da ona kömək edirlər, əgər orada nəzarətçi olsaydı, Zamiqi onlar çıxarardılar. Zamiqi vuran şəxs isə kənarda dayanıb baxır və köməklik etmir. 15:16-da Zamiqi tibb məntəqəsinə aparıblar. Aquaparkın rəhbərliyi bildirdi ki, insanlar nəzarətçinin sözünə baxmır deyə daha nəzarətçi işlətmirlər".
 
N. Nağıyev qeyd edib ki, qardaşı Z. Nağıyevə qarşı oğurluq hadisəsi də baş verib: "Onun pul qabısı hadisə yerindən kənarda tapılıb, kimsə onun pulunu götürüb boş pul qabını tullayıb. Zamiqin heç bir xəstəliyi, qıcolması yoxdur. Meyiti morqdan aparanda gördük ki, boynunun arxasında və çiyninin yuxarı hissəsində göyərmə var, boynunun arxa sağ hissəsi şişib".
 
Qeyd edək ki, Z. Nağıyev evli olub, 5 yaşlı oğlu, 1 yaşlı qızı var. O, turizmlə məşğul olub və insanları turistik yerlərə aparmaqda xidmət göstərib. Həmin gün də qonaqlarını ora apardığı ehtimal edilir. Hazırda polis hadisəni törədən şəxsi axtarır.
 
Onu da qeyd edək ki, dünənki ölüm hadisəsi ilə bağlı cinayət işi başlanıb. APA-nın məlumatına görə, ölüm faktı ilə bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.




3218 dəfə oxunub.
<>
Hər növ keyfiyyətli elektronik avadanlıqların yalnız bircə ünvanı Ağa Electronics.Qulaqcıqlar,Mauslar,Music Playerlər,Poverbanklar, Action və Obyekt kameraları daha nələr-nələr.Keyfiyyətli bütün malları Ağa Electronicsdən əldə edə bilərsiniz! Ünvan: 28 may küçəsi 78b Əlaqə: (+99455)9700007 @aga.electronics @aga.electronics @aga.electronics
Əlaqə üçün: (+99455)9700007 (WhatsApp) ➡@aga.electronics

Bölməyə aid digər xəbərlər
21-03-2015, 14:32 Cəbrayıl əleyhissəllam
14-03-2016, 11:23 Qazaxda amansız qətl
31-08-2017, 15:16 REYTİNQ BÖHRANI

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
47-20+5=
Cavabınız:*
 

Anket

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
____ Instagram ___