Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bankirlərin ikinci mərhələdəki rəqibini daha yaxından tanıyaq.
Tarix: 10-07-2015 | Saat: 18:38
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

Bankirlərin ikinci mərhələdəki rəqibini daha yaxından tanıyaq.




Avropa Liqasının I təsnifat mərhələsində “Laçi”ni (1:1, 0:0) səfər qolu sayəsində üstələyən “İnter” II mərhələdə İslandiya təmsilçisi “Hafnarfyordur”a rəqib olacaq. Xeberaz.az Apasport.az saytının məlumatına istinadən xəbər verir ki, “bankirlər”in rəqibinin nə az, nə çox, düz 87 yaşı var.

20 oktyabr 1928-ci ildə gimnastika klubu kimi yaradılan “Hafnarfyordur”un tərkibinə sonradan digər idman növləri, həmçinin futbol da daxil edilib. “Hafnarfyordur” birinci liqada ilk dəfə 1979-cu ildə iştirak edib.

Komandanın uğurları XXI əsrə təsadüf edir. 2000-ci ildə ikinci liqanın qalibi kimi I liqaya yüksələn “Hafnarfyordur” ilk mövsümündəcə 3-cü yeri tutub. Komanda ilk titulunu 2002-ci ildə İslandiya Liqa Kubokunu qazanmaqla əldə edib. 2004-cü ildən etibarən isə “Hafnarfyordur” ölkənin ən güclü klublarından birinə çevrilib. Məhz 2004-cü ildə İslandiya çempionu olan komanda Liqa Kubokunu və Superkuboku da başı üzərinə qaldırıb.

“Hafnarfyordur” son 11 ildə 6 dəfə (2004, 2005, 2006, 2008, 2009, 2012) İslandiya çempionu olub, 2 dəfə (2007, 2010) İslandiya Kubokunu, 6 dəfə (2002, 2004, 2006, 2007, 2009, 2014) Liqa Kubokunu və 6 dəfə (2004, 2006, 2008, 2009, 2010, 2013) Superkuboku qazanıb.

“İnter”in rəqibi 2004-cü ildən bəri hər mövsüm avrokuboklarda iştirak edib. 2004/05 mövsümündə UEFA Kubokunda 2 mərhələ adlayan İslandiya təmsilçisi növbəti mövsümdə Çempionlar Liqasında debüt edib. Bu mötəbər turnirdəki ilk oyun isə digər təmsilçimiz “Neftçi”yə qarşı olub. “Neftçi” həmin vaxt hər iki oyunda (2:0, 2:1) qələbə qazanaraq, mərhələ adlayan tərəf olmuşdu.

“Hafnarfyordur” üçün 2013/14 mövsümünü xüsusi qeyd etmək lazımdı. Həmin vaxt mübarizəyə Çempionlar Liqasında başlayan komanda III mərhələdə “Austriya”ya (Avstriya) uduzaraq, Avropa Liqasının pley-off mərhələsində oynamaq imkanı əldə edib. Tarixində ilk dəfə pley-off həyəcanı yaşayan islandlar “Genk”ə (Belçika) məğlub olaraq qrupun bir addımlığında mübarizəni dayandırıblar.

Ötən mövsüm Avropa Liqasında III mərhələyə qədər irəliləyən “Hafnarfyordur” cari mövsümün I mərhələsində Finlandiya komandası SJK-ya (1:0, 1:0) qalib gəlib. Ümumilikdə avrokuboklarda 38 oyun keçirən “Hafnarfyordur” bunun 12-də qələbə qazanıb, 16-da məğlub olub, 10 dəfə isə rəqibləri ilə sülh bağlayıb.

“İnter”in rəqibi əsasən yaşlı futbolçulardan qurulub. Əksər futbolçuların yaşı 27-dən yuxarıdı. Ən yaşlı oyunçusu isə 44 yaşlı qapıçı Kristian Finnboqasondu. “Hafnarfyordur”un cəmi 2 futbolçusu hazırda milliyə dəvət alır. Bunlar İnqi Valdimarsson və Byarni Vidarssondu. Hər iki oyunçu İslandiya millisinin üzvü sayılır.

Komandanın heyətində 7 əcnəbi oyunçu var. Onlardan 2-si ingilisdi ki, bu futbolçular da “Çelsi” və “Mançester Yunayted”in yetirmələridi. Bundan başqa, Belçikadan 2, Şotlandiya, Mali və Seneqaldan 1 oyunçu bu klubun formasını geyinir.

Yon Runar Halldorssonun prezidentlik etdiyi “Hafnarfyordur”un baş məşqçisi Heymir Qudyonssondu. Komanda ev oyunlarını 11 min tamaşaçı tutumuna malik “Kaplakriki” stadionunda keçirir.


Xəbəri paylaş

9148 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___