Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“189 taksi”nin oyunu: Nə lüzum var idi?
Tarix: 4-07-2018, 19:09 | Saat: 15:47:00
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm / M2 | çapa göndər

Paytaxt sakinləri bu gün işıqların, suyun kəsilməsindən çox, taksi şirkətlərinin vəziyyətdən istifadə edərək, qiyməti süni şəkildə qaldırmasına etiraz edib. Süni qiymət artıranlar arasında “189 taksi” şirkəti də var. Bu şirkətin daimi müştəriləri sosial şəbəkələrdə status yazaraq, qiymətlərin 2-3 dəfə artırıldığını bildirirlər. Onlardan qiymət artımının səbəbini soruşanlara isə müdiriyyət tərəfindən belə qərar verildiyini söyləyirlər.

Bu şikayət statuslarından sonra isə şirkət insanların rəğbətini qazanmaq adı ilə daha bir gülməli üsula əl atıb. Belə ki, əvvəlcədən təyin etdikləri ünvanlar üzrə şirkətin pulsuz taksilərin istifadəyə verildiyi açıqlandı. Bildirildi ki, interval 15-20 dəqiqə olmaqla fəaliyyət göstərəcək.
Şirkətlə əlaqə saxladıqda isə bəlli oldu ki, ayrılan xətlər üzrə taksilər deyil, “189” nişanlı avtobuslar xidmət göstərəcəkmiş.
Sosial şəbəkədə isə daimi müştərilər qeyd edirlər ki, sözügedən şirkətin etirazlardan sonra gözdən pərdə asmaq üçün belə bir “əziyyətə” qatlanmasına heç bir lüzum yox idi. Belə ki, BNA-nın başlatdığı ciddi kampaniyadan və həmin ərazilərdə avtobusların sayının çox olmasından sonra “189 taksi” şirkəti tərəfində əlavə avtobusların işə düşməsinə ehtiyac yoxdur. Üstəlik, nəzərə alaq ki, şirkətin avtobuslarının intervalı paytaxtda fəaliyyət göstərən avtobusların intervalından 3-4 dəfə çoxdur. Şirkət belə reklamdansa, qiymətləri normal, bəlkə də bir az aşağı salsaydı, rəğbət qazanardı.
Qeyd edək ki, işıqların verilməsində yaranan problemdən sonra Bakı Metropoliteni ötən gün saat 19.00 radələrindən bu gün günortaya qədər fəaliyyətini dayandırmışdı. Bundan sonra BNA marşrut avtobuslarının sayını artırmaq, sıxlıq olan ərazilərə əlavə qüvvə göndərmək, həmçinin marşrutların ödənişsiz fəaliyyətini təmin etmək üçün mümkün olan hər şeyi etdi.
Hazırda metro fəaliyyətini bərpa edib, buna baxmayaraq, BNA marşrutların pulsuz xidmətini davam etdirir.
Axar.az

3478 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___