Hərbi qulluqçular Zəhra və nənəsinin məzarını ziyarət ediblər
Tarix: 04-07-2018 | Saat: 14:40
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu Füzuli rayonunun Alxanlı kəndində olub.
Xeberaz.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən nazirliyin bir qrup hərbi qulluqçusu Füzuli rayonunun Alxanlı kəndində olaraq, bir il öncə erməni təxribatının qurbanı olan yaş yarımlıq Zəhra və onun nənəsinin məzarını ziyarət ediblər. Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani baş vermiş faciəni xatırladaraq bildirib ki, erməni daşnakları zaman-zaman xalqımıza qarşı təcavüz edib, günahsız insanları hətta qocaları, qadınları, körpələri qətlə yetiriblər. Ötən əsrin əvvəllərində də belə olub, bu gün də ermənilər öz məkrli niyyətlərindən əl çəkmirlər. Xocalıda və digər rayonlarda ermənilərin dinc əhaliyə, xüsusilə günahsız uşaqlara divan tutması, onların işgəncələrlə qətlə yetirilməsinə olan etirazlar bir çox beynəlxalq təşkilatlar tərəfindən cavabsız qaldığına görə düşmən yenə də bu iyrənc niyyətlərini davam etdirir.
Məsum Zəhranın ölümü bütün xalqımız kimi Azərbaycan Ordusunun şəxsi heyətinin də böyük hiddətinə səbəb olub və nənə ilə nəvənin intiqamı artıqlaması ilə düşməndən alınıb.
Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Mənəvi-Psixoloij Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev Müdafiə Nazirliyi rəhbərliyi adından körpə şəhidlə nənəsinin vəfatı ilə əlaqədar bir daha onların ailəsinə baş sağlığı verərək səbir və dözüm arzulayıb. İdarə rəisi qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyümüz tezliklə bərpa ediləcək, qaçqınlarımız, köçkünlərimiz minillik dədə-baba torpaqlarına qayıdacaq və bütün şəhidlərimizin, eləcə də məsum Zəhranın ruhu şad olacaq.
Xəbəri paylaş
4768 dəfə oxunub.
Digər xəbərlər

13-07-2017, 15:51
Tibdə inqilab: şəkər xəstələrinə şad xəbər - VİDEO
18-01-2022, 11:48
Hörümçək qalmaqalı böyüyür - “Məsul şəxs onlardır”
14-11-2021, 11:52
Bu şəxslərə nar yemək olmaz - Anafilaktik şok baş verə bilər...
19-11-2022, 12:20
Bakıda körpünün vəziyyəti insanları qorxuya saldı - VİDEO
28-05-2016, 10:57
Almaniyanı “Türkvision 2016”da azərbaycanlı müğənni təmsil edəcək.
18-07-2016, 17:58
Büdcənin xərcləri kəsirlə icra olundu
5-10-2018, 22:36
İmişlidə 4 uşaq anası yoxa çıxıb - FOTO
12-04-2015, 18:11
Azərbaycana qar yağıb
28-11-2016, 14:32
Zaur yol hərəkəti qaydalarını belə pozdu - VİDEO
20-10-2017, 09:54
Bankdan kredit götürən şəxsə zamin duran qadın həbs edildi