Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ağır qəza iki qardaşın həyatına son qoydu
Tarix: 03-07-2018 | Saat: 17:54
Bölmə:Karusel / Hadisə | çapa göndər


Bərdə rayonunun Əmirli kəndi ərazisində yol qəzası baş verib.   
Xeberaz.
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
[hide][/hide]Az ARB TV-yə istinadla xəbər verir ki, qəzada iki qardaş canından olub. Sərxoş piyadanın məsuliyyətsizliyi də canı bahasına başa gəldi.
"Hyundai" və "VAZ" 2107 markalı avtomobillər toqquşub. Nəticədə Bakı şəhər sakinləri Elvin Abışov və onun qardaşı Təbriz Abışov hadisə yerində ölüb.
Paytaxtın Binəqədi rayonunda da ağır yol qəzası olub.
Sərxoş piyadanı avtomobil vuraraq öldürüb. Hadisə Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb. Əli Abbasov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçmək istəyən şəxsi vurub. Sürücü ağır vəziyyətdə olan piyadanı xəstəxanaya apararkən o, yolda dünyasını dəyişib. Əli Abbasov polisə aparılıb.  
Əli Abbasov - Sürücü: "40-50 km sürətlə yolu yuxarı qalxırdım, iş yoldaşım da yanımda idi. Hər yer qaranlıq idi. Anidən özünü maşının qabağına atdı. Maşını saxlamağımla, onu bura gətirməyim 10-12 dəqiqə çəkdi. Piyan idi. Gətirdim xəstəxanaya yerləşdirdim, həkimlər dedi ki, o artıq keçinib".
Daha bir yol-nəqliyyat hadisəsi Bakı-Qazax magistral yolunun Qazax rayonu Çaylı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes Vito" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində iki nəfər - Gəncə şəhər sakini, 32 yaşlı Eşqin Bağırov və onun həyat yoldaşı, 26 yaşlı Şərqiyyə Bağırova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. 
Faktlarla bağlı araşdırma aparılır.


Xəbəri paylaş

1 1158 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___