Yeznəsini öldürmək istəyən şəxs: "Bacımın ailəsinin..." - MƏHKƏMƏ
Tarix: 02-07-2018 | Saat: 14:28
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Yeznəsini və onun atasını öldürməyə cəhddə təqsirləndirilən Tural Tarverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, hadisə ötən il Suraxanı rayonu, Bülbülə qəsəbəsində baş verib. Qəsəbə sakini Tural Tanverdiyev Ramana qəsəbəsində bacısıgilə gəlib.
T.Tarverdiyev həmin evdə yeznəsi Anar Rəsulov və onun atası Vaqif Rəsulova ov tüfəngi ilə atəş açıb. İttihama münasibət bildirilən təqsirləndirilən şəxs özünü təqsirli bilməyib.
O bildirib ki, havaya atəş açsa da heç kimi öldürməyə cəhd etməyib: "Ora gedəndə heç kim yox idi. Onlar çölə çıxmadan mən atəş açmışam. Bunu etiraf edirəm. Mən istəsəydim onları öldürə bilərdim. Bunun üçün imkanım var idi. Bunu bacımın ailəsinin dağılmaması üçün etmişəm. Məqsədim yeznəni qorxutmaq idi".
Məhkəmə iyulun 9-da davam edəcək.
Qeyd edək ki, T.Tarverdiyev Cinayət Məcəlləsinin 29.120-cü (adam öldürməyə cəhd) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham edilir.
Xəbəri paylaş
7438 dəfə oxunub.
Digər xəbərlər

11-11-2016, 16:43
İnstaqram-dan MÜDHİŞ YENİLİK - Canlı yayım olacaq
25-05-2023, 21:49
Sağlam dişlərin tək ünvanı-Dr.Anar Şahmarlı
16-05-2016, 16:46
Lukaşenko liderlərin görüş vaxtını açıqladı
26-01-2017, 23:06
Azərbaycanda silahlı müqavimət göstərən dini ekstremist məhv edilib
13-01-2016, 22:06
5 icra başçısının qələmi qırıldı - aksiyalara görə (TƏFSİLAT)
14-11-2015, 13:31
İnanılmaz 15 FOTO
22-11-2017, 12:01
Sabahın Havası
27-11-2015, 21:35
Taleh Bağırovun işi ilə bağlı yeni - MƏLUMAT