Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Buraxılış imtahanında "2" alanlar qəbul imtahanına buraxılacaqmı? - RƏSMİ
Tarix: 28-06-2018 | Saat: 13:35
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər




Son günlər oxucular tərəfindən Lent.az-a buraxılış imtahanından bir və ya bir neçə fəndən "2" alan şagirdlərin qəbul imtahanlarına buraxılıb-buraxılmayacağı ilə bağlı suallar daxil olur.
 
Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə Lent.az-ın sorğusuna cavabında qeyd edib ki, qaydaya əsasən, tam orta təhsil səviyyəsində təhsil sənədinə (attestat) buraxılış imtahanı aparılan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) və buraxılış imtahanının qiymətlərinin ədədi ortası, buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) qiymətlərinin ədədi ortası yazılır.
 
Qiymətlərin ədədi ortası tam ədəd olmazsa, tam ədədə yuvarlaqlaşdırılır. Bu zaman atılan rəqəm 5-dən kiçik olarsa, ondan əvvəlki rəqəm dəyişmir, 5 və ya daha böyük olarsa, ondan əvvəlki rəqəm bir vahid artırılır.
 
Tutaq ki, buraxılış imtahanından "2" alıb, 10 və 11-ci siniflərdə yekun qiyməti "3" olan  uşaq nəticədə 3 alır (8:3=2.6=3). 3 aldığı üçün həmin şagird qəbul imtahanında iştirak edə bilər.
 


Xəbəri paylaş

5218 dəfə oxunub.

Digər xəbərlər
22-03-2016, 19:40 DOSTUM OLA BİLƏRSƏNMİ

bütün xəbərlər
____ Instagram ___