Azərbaycanlı aparıcı övladları ilə intiharın qarşısını aldı - FOTO
Tarix: 27-06-2018 | Saat: 17:46
Bölmə:Karusel / Hadisə | çapa göndər
Bakıda intihara cəhdin qarşısı alınıb.
Hadisə iyunun 23-də Nizami rayonunda, metronun Qara Qarayev stansiyasının yaxınlığında baş verib.
İntihara cəhdin qarşısının alınmasında "İctimai" radionun aparıcısı Ayfər Feyziyevanın rolu danılmazdır.
Belə ki, hündürmərtəbəli binanın damına çıxan kişi intihara cəhd edib. Bunu ilk olaraq qarşı tərəfdəki binada yaşayan Ayfər Feyziyevanın oğlanları, 7 və 12 yaşlı Rəhman və Rəhim qardaşları görüb və dərhal analarına xəbər veriblər.
Yenicag.az-a açıqlama verən Ayfər Feyziyeva hadisəni belə xatırlayır: "Uşaqlar eyvanda oynayırdılar. Birdən qışqırıb məni çağırdılar ki, kişi özünü binadan atmaq istəyir. Düzü, əvvəl elə bildim ki, ustadır, binanın damını təmir edir. Sonra gördüm ki, qışqırır. Onunla danışaraq fikrindən yayındırmağa çalışdım. Polis çağırmaq istəsəm də, icazə vermədi. Dedim kiminlə danışmaq istəyirsənsə, onu çağırım. Məsafəmiz uzaq idi deyə, səsini güclə eşidirdim. Bir təhər qardaşının nömrəsini alıb, hadisə yerinə çağırdım. O da təcili olaraq gəldi. Allaha şükür ki, qardaşı onu intihar fikrindən daşındırdı. Övladlarımla birlikdə intiharın qarşısını almış olduq. Amma hələ də hadisənin təsirindən çıxa bilmirik"
Xəbəri paylaş
7328 dəfə oxunub.
Digər xəbərlər

25-09-2021, 10:44
Polis vətəndaşı uşaqlarının gözü qarşısında döyüb? - AÇIQLAMA - VİDEO
3-09-2016, 21:00
İslam Kərimovun qızını dəfnə buraxmadılar - Foto
2-02-2016, 15:34
Günel ATV-dən şikayət etdi: "Mənə qadağa qoyublar"
27-04-2021, 01:15
Heydər Əliyev ABŞ-ı tarixin kənarına atardı - Korotçenko
21-04-2016, 15:22
Əkrəm Əylislini 3 ilə qədər həbs gözləyir - Maddəsi dəyişdirildi
14-11-2015, 14:45
Bu musiqini eşidənlər sehrə düşür - VİDEO
15-09-2022, 10:50
Bakıda konserti gözlənilən ukraynalı pop ulduzdan Ermənistana DƏSTƏK
11-05-2015, 14:00
Aparıcı Emil Şahzadənin nikah mərasimi baş tutub. - FOTOLAR
18-09-2016, 20:50
Özündən 10 yaş kiçik sevgilisini polisə verdi - Bakıda