Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
AST Telmanın otelində “taclandırılmış” “vor zakon” tutuldu- Video
Tarix: 09-07-2015 | Saat: 22:20
Bölmə:Karusel / Dünya / Xəbəraz TV | çapa göndər

AST Telmanın otelində “taclandırılmış” “vor zakon” tutuldu- Video
“Neftçi” vә “Qәbәlә” fasilәyә heç-heçә ilә yollandPraym Kraym” informasiya agentliyinə daxil olan məlumata görə, dünən Moskvada “Zakarpatskie uzorı” restoranında Rusiya DİN-nin Baş Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən 39 yaşlı “qanuni oğru” (“vor v zakone”) Gürsel Sayfulov tutulub.


Xeberaz.az oxu.az-a istinadən xəbər verir ki, üzərinə baxış keçirilən zaman 1,2 qram narkotik maddə olan “spays” aşkarlanıb. O, kriminal aləmdə daha çox Quram Taşkentski kimi tanınır.

Özbəkistan SSR-in Fərqanə vilayətinin Kuvasay şəhərinin sakini olan Gürsel Sayfulov 2001-ci ilin dekabrında Moskvanın Kuntsev rayon məhkəməsi tərəfindən adam oğurluğuna görə 8,5 il həbs cəzasına məhkum edilmişdi.

Gürselin həbsxanada olduğu zaman göstərdiyi fəaliyyəti cinayətkar aləm tərəfindən layiqincə qiymətləndirilib və o, Türkiyədə Tariyel Oniani və Rövşən Caniyevin (Rövşən Lənkəranski) tərəfdarları olan gürcü oğrular tərəfindən “taclandırılıb”.

O zaman həmçinin Dato Surqutski, Giya, Kotoma, Kurşa, Quca, Çinka, Yakiç, Çuto Xonski və başqalarına ad verilmişdi.

Gürselə şəxsi himayəni batumlu “qanuni oğru” Aslan Kobuladze göstərib. Kobuladze bacısının xətti ilə Sayfulovla uzaq qohumdur.

Sayfulova ad verilməsi mərasimi Antalyada, Azərbaycan əsilli milyarder Telman İsmayılova məxsus olan “Mardan Palace” otelində keçirilib. Cinayətkarların milli fərqlərə olan nifrətinə baxmayaraq, oğru dünyasının yeni tarixində Gürsel hələ ki, ad almış ilk və yeganə türkdür.


Xəbəri paylaş

8368 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___