Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Prezident İlham Əliyev: Ermənistanın təcavüzünə son qoyulması üçün indiyədək beynəlxalq birlik tərəfindən təsirli tədbirlər görülməyib
Tarix: 09-06-2018 | Saat: 10:48
Bölmə:Karusel / Siyasət / Gündəm | çapa göndər


Ermənistanın təcavüzünə son qoyulması üçün indiyədək beynəlxalq birlik tərəfindən təsirli tədbirlər görülməyib.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammitinin iştirakçılarına ünvanladığı müraciətdə deyilir.
Müraciətdə qeyd olunur: "Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının növbəti sammitinin işə başlaması münasibətilə sizi təbrik edirəm. Avropadakı müxtəlif siyasi partiyaları vahid platformada birləşdirən Alyans nisbətən qısa müddətdə qitənin ictimai-siyasi həyatında mühüm rol oynayan nüfuzlu bir təşkilata çevrilib. Məmmunluq hissi ilə bildirirəm ki, qurumun bəyan etdiyi milli suverenlik, parlament demokratiyası, azad cəmiyyət kimi fundamental dəyərlər zəngin tarixi ənənələri yaşadan Azərbaycan xalqının müasir həyatında əhəmiyyətli yer tutur.
Əlamətdar haldır ki, bugünkü sammit də müsəlman dünyasında ilk parlamentli respublikanın, qadınlara əksər qərb dövlətlərindən daha əvvəl seçki hüququ vermiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin geniş qeyd olunduğu dövrə təsadüf edir. Xalq Cümhuriyyətinin hüquqi varisi olan Azərbaycan Respublikası müstəqillik illərində bazar iqtisadiyyatı, demokratiya, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu tutmuş, ayrı-ayrı ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri quraraq dünya birliyinin bərabərhüquqlu üzvünə çevrilmişdir.
Bizim təşəbbüsümüz və yaxından iştirakımızla reallaşan transmilli neft, qaz və nəqliyyat layihələri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına, region ölkələrinin davamlı sosial-iqtisadi inkişafına sanballı töhfələr verir. Mayın 29-da rəsmi açılışı keçirilən “Cənub Qaz Dəhlizi”nin işə başlaması bu sahədə qazanılmış uğurların daha da artırılması üçün yeni imkanlar yaradacaq.
Azərbaycan beynəlxalq humanitar əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir. Mədəniyyətlərarası dialoq, multikulturalizm və tolerantlıq ideyalarını yorulmadan təsdiq edir, öz imkanları daxilində qlobal problemlərin həllinə köməklik göstərir.
Lakin təəssüf hissi ilə qeyd etməliyəm ki, 30 əvvəl başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həm ölkəmizin inkişafı, həm də regional əməkdaşlığın genişlənməsi yolunda ən ciddi maneə olaraq qalmaqdadır. Ekspansiv siyasət yürüdən Ermənistan torpaqlarımızın 20 faizini zəbt etmiş və ölkəmizdə bir milyondan çox insanı qaçqın və məcburi köçkün vəziyyətinə salmışdır. Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər nüfuzlu təşkilatlar münaqişənin ərazi bütövlüyü prinsipi əsasında ədalətli həllinə dair qərarlar qəbul etsə də, təcavüzə son qoyulması üçün indiyədək beynəlxalq birlik tərəfindən təsirli tədbirlər görülməmişdir. Ümid edirəm ki, Alyans üzvləri mövcud reallığı nəzərə alaraq insan hüquqlarının kobud surətdə və kütləvi şəkildə pozulması ilə müşayiət olunan, regionda təhlükəsizliyə ciddi təhdid yaradan işğal faktına adekvat qiymət verəcəklər.
İnanıram ki, Azərbaycanda təşkil etdiyiniz toplantı yüksək işgüzarlıq şəraitində keçəcək, irəli sürülən təkliflər və qəbul edilən qərarlar qarşıya qoyduğunuz vəzifələrin yerinə yetirilməsinə, demokratiyanın və azad cəmiyyətin inkişafına, sülhün və əmin-amanlığın təmin olunmasına xidmət edəcək.
Hər birinizə bu yolda uğurlar arzu edirəm!”


Xəbəri paylaş

1 0348 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___