Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
AMEA-da vitse-prezidentlərin sayı artırılıb - SİYAHI
Tarix: 08-06-2018 | Saat: 16:20
Bölmə:Karusel / Gündəm | çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bu gün keçirilən ümumi yığıncağında yeni vitse-prezidentlər seçilib.
AMEA-nın prezidenti Akif Əlizadə vitse-prezidentlərin sayının üç nəfər artırıldığını diqqətə çatdırıb.
Belə ki, akademik Nərgiz Paşayeva həm AMEA Rəyasət Heyətinin yeni üzvü və təhsil sahəsi üzrə vitse-prezident seçilib. İradə Hüseynova biologiya sahəsi üzrə həm üzv, həm də vitse-prezident olub. AMEA-nın müxbir üzvü Bilal Bilalov isə Rəyasət Heyətininin üzvü və vitse-prezident seçilib. 
AMEA-nın əvvəlki vitse-prezidentləri - akademiklər İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev və Dilqəm Tağıyev öz vəzifələrini yenə də icra edəcəklər.
Bundan başqa, səsvermə nəticəsində AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi Əhliman Əmiraslanov, Fizika-Riyaziyyat və Texnika Bölməsinin akademik-katibi Nazim Məmmədov, Yer Elmləri Bölməsinin akademik-katibi Fəxrəddin Qədirov, Kimya Bölməsinin akademik-katibi Dilqəm Tağıyev, İctimai Elmlər Bölməsinin akademik-katibi Nərgiz Axundova, Humanitar Elmlər Bölməsinin akademik-katibi isə Teymur Kərimli olub.


Xəbəri paylaş

6608 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___